Icma.az
close
up
RU
“Araz Vadisi” İqtisadi Zonasında tamet daşlar və səki bordürləri istehsal olunacaq AZƏRTAC

“Araz Vadisi” İqtisadi Zonasında tamet daşlar və səki bordürləri istehsal olunacaq AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəbrayıl, 6 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında rezidentlik statusu alan sahibkarlıq subyektlərindən biri də “Karabakh stone” MMC-dir. Hazırda sənaye parkında MMC üçün ayrılan sahədə tikinti işləri sürətlə davam etdirilir və oktyabr ayında zavodun fəaliyyətə başlaması nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. İş icraçısı Elgiz Əhmədov bildirib ki, zavod sənaye parkının 3,5 hektar ərazisini əhatə edir. "Burada yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 10 milyon 500 min manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Zavod ilkin mərhələdə 1 milyon 250 min kvadratmetr istehsal gücündə olacaq, ikinci mərhələdə, yəni 2026-cı ildə istehsal həcmi 2 milyon 500 min kvadratmetrə çatdırılacaq. İstehsal zamanı Türkiyə texnologiyası tətbiq olunacaq. Zavodun fəaliyyətə başlaması 2025-ci ilin oktyabr ayına planlaşdırılır. Hazırda zavodun tikintisində işlərin 45 faizi yerinə yetirilib. Zavodun fəaliyyəti, ilk növbədə, Şərqi Zəngəzur və Qarabağ ərazisində abadlıq işlərinə mühüm töhfə verəcək", - deyə iş icraçısı vurğulayıb.

Qeyd edək ki, parkda ümumi investisiyaların həcmi 150 milyon manata yaxın olan 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri