Icma.az
close
up
RU
Araz Vadisi İqtisadi Zonasında servis xidmətləri göstərilir

Araz Vadisi İqtisadi Zonasında servis xidmətləri göstərilir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb. Burada kənd təsərrüfatı təyinatlı texnikalar və yük avtomobillərinin lizinq yolu ilə satışı təşkil olunmaqla bərabər, həm də nəqliyyat vasitələrinə peşəkar texniki servis xidmətləri göstərilir.

Demokrat.az xəbər verir ki, MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Servis mərkəzinin rəisi Kərim Qurbanov bildirib ki, mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində şəbəkə rolunu oynayır. Burada işğaldan azad olunmuş ərazilərdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərmək potensialı var.

Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi, həmçinin təkər quraşdırma sahəsi fəaliyyət göstərir.

“Servis mərkəzində ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərir ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradıb. Belə ki, ərazilərdə xidmət göstərən və ya tranzit hərəkət edən avtomobillər və digər texnikalarda nasazlıq yarandığı zaman şirkət nümayəndələri və ya sürücülər əlaqə saxlayaraq əraziyə mobil təmir və texniki servis briqadasını dəvət edə bilirlər. Əgər texnikaların yerində təmiri mümkün olmursa, servis mərkəzinə gətirilir və burada tam təmir olunaraq təhvil verilir. Avtomobillərin uzunmüddətli təmir olunması zamanı sürücülərə yataq və yeməkxana xidməti də göstərilir. Servis mərkəzində hazırda korporativ müştərilərə və şirkətlərə, o cümlədən də fermerlərin və iş adamlarının texnikalarına servis xidməti göstərilir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə əməkdaşlıq müqavilələrinin imzalanması və birgə fəaliyyətlərin sayının artırılması planlaşdırılır”, - deyə K.Qurbanov əlavə edib.

MMC-nin ofisində, həmçinin kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin lizinq yolu ilə satışı da təşkil olunub. İşğaldan azad olunan ərazilərdə yaşayan sakinlər və iş adamları, o cümlədən də şirkətlər sərfəli lizinq şərtləri ilə bu texnikaları əldə edə bilərlər.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

Qeyd edək ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxın olan 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb. (Azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Yanvar 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see181

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri