Icma.az
close
up
RU
Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyrirezidentlik statusu verilib AZƏRTAC

Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyrirezidentlik statusu verilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəbrayıl, 28 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, Cəbrayıl və ətraf rayonlara köçürüləcək əhalinin məşğulluğunun təmin olunmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlarlardan biridir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov müsahibəsində bildirib ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir.

Sənaye parkının bir çox rezidentləri tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri görülür. 6 müəssisənin qurulması istiqamətində tikinti işləri davam etdirilir. Tikintisi gedən müəssisələr beton və quru yapışdırıcı, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, yapışqan lentlərin, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı ilə məşğul olacaq, nəqliyyat vasitələrinə yanacaqdoldurma xidməti göstəriləcək.

Elçin Kazımovun sözlərinə görə, gələn il Sənaye Parkında beton, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması planlaşdırılır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb.

"Sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play” prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər. Hazırda Sənaye Parkında infrastrukturun qurulması istiqamətində işlər görülür, inzibati binanın, yeməkxananın, transformator məntəqələrinin, elektrik yarımstansiyasının, su anbarının, kanalizasiya sisteminin, daxili avtomobil yollarının salınması istiqamətində işlər davam etdirilir. Ərazidə ümumilikdə 12 transformator məntəqəsi, 1 elektrik yarımstansiya inşa ediləcək. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 500 milyon manatdan çox, cari ilin 11 ayında isə 40 milyon manatdan çox vəsaitə qənaət ediblər", - deyə o diqqətə çatdırıb.

İşğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri