Icma.az
close
up
RU
Araz Vadisi İqtisadi Zonasında kənd təsərrüfatı texnikaları və yük avtomobillərinin lizinqi təşkil olunur, servis xidmətləri göstərilir AZƏRTAC

Araz Vadisi İqtisadi Zonasında kənd təsərrüfatı texnikaları və yük avtomobillərinin lizinqi təşkil olunur, servis xidmətləri göstərilir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Cəbrayıl, 3 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb. Burada kənd təsərrüfatı təyinatlı texnikalar və yük avtomobillərinin lizinq yolu ilə satışı təşkil olunmaqla bərabər, həm də nəqliyyat vasitələrinə peşəkar texniki servis xidmətləri göstərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Servis mərkəzinin rəisi Kərim Qurbanov bildirib ki, mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində şəbəkə rolunu oynayır. Burada işğaldan azad olunmuş ərazilərdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərmək potensialı var.

Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi, həmçinin təkər quraşdırma sahəsi fəaliyyət göstərir.

“Servis mərkəzində ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərir ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradıb. Belə ki, ərazilərdə xidmət göstərən və ya tranzit hərəkət edən avtomobillər və digər texnikalarda nasazlıq yarandığı zaman şirkət nümayəndələri və ya sürücülər əlaqə saxlayaraq əraziyə mobil təmir və texniki servis briqadasını dəvət edə bilirlər. Əgər texnikaların yerində təmiri mümkün olmursa, servis mərkəzinə gətirilir və burada tam təmir olunaraq təhvil verilir. Avtomobillərin uzunmüddətli təmir olunması zamanı sürücülərə yataq və yeməkxana xidməti də göstərilir. Servis mərkəzində hazırda korporativ müştərilərə və şirkətlərə, o cümlədən də fermerlərin və iş adamlarının texnikalarına servis xidməti göstərilir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə əməkdaşlıq müqavilələrinin imzalanması və birgə fəaliyyətlərin sayının artırılması planlaşdırılır”, - deyə K.Qurbanov əlavə edib.

MMC-nin ofisində, həmçinin kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin lizinq yolu ilə satışı da təşkil olunub. İşğaldan azad olunan ərazilərdə yaşayan sakinlər və iş adamları, o cümlədən də şirkətlər sərfəli lizinq şərtləri ilə bu texnikaları əldə edə bilərlər.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

Qeyd edək ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxın olan 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri