Icma.az
close
up
RU
“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü Fotolar

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Bir kitab, min dünya” layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.

Layihənin əsas məqsədi oxu mədəniyyətinin təşviqi, əməkdaşlar arasında mütaliə vərdişlərinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili və ədəbiyyata marağın artırılmasıdır.

Tədbirlər sırasında Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş və imza günü xüsusi yer tutub. Baş ofisdə təşkil olunan görüşdə tanınmış yazıçı şirkətin rəhbər heyəti və əməkdaşlarla bir araya gələrək ədəbiyyat, yaradıcılıq prosesi və müasir oxu vərdişləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı iştirakçıların sualları yazıçı tərəfindən ətraflı cavablandırılıb, sonda isə müəllifin kitablarının imzalanması mərasimi keçirilib.

Bununla yanaşı, baş ofisdə “Bir kitab, min dünya” adlı kitab sərgi-satışı da təşkil olunub. Sərgidə əməkdaşlara şəxsi inkişaf və biznes mövzulu nəşrlər, bestsellerlər, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri təqdim edilib. 

Eyni zamanda şirkət daxilində “Kitabsevərlər” adlı kitab klubu yaradılıb. Klubun məqsədi kitab oxumağı sevən əməkdaşları bir araya gətirmək, müxtəlif əsərlər ətrafında müzakirələr aparmaq və bilik mübadiləsini təşviq etməkdir.

Klub çərçivəsində master-klasslar, müxtəlif janrlarda kitabların birgə oxunması, müzakirə görüşləri, tövsiyə və fikir mübadiləsi sessiyaları təşkil olunacaq.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri