Icma.az
close
up
RU
Arazdəyəndə nə baş verir? Polşa prezidentini əraziyə gətirən səbəb...

Arazdəyəndə nə baş verir? Polşa prezidentini əraziyə gətirən səbəb...

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Polşa Prezidenti Andjey Dudan Ermənistana səfər proqramı zamanı sülh prosesini müzakirə etməklə yanaşı, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə də baş çəkəcək. Eyni zamanda Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı (Aİ) Şurasının rəhbərliyi Polşaya keçəcək. Sözsüz ki, Dudanın aktivliyi Aİ-nin Ermənistanda olan missiyasının vaxtının uzadılması ilə bağlıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.

“Polşa növbəti mərhələdə Avropa İttifaqı Şurasına sədrliyi təhvil alacağına görə belə bir addım atır. Amma bütövlükdə bu kimi səfərlərin nəyisə dəyişəcəyini söyləmək çətindir”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, Polşa ilə Azərbaycan arasında normal münasibətlər var:

“Çox güman ki, bu ölkədə Azərbaycanın maraqlarına qarşı çıxış etmək və yaxud da onu pozmaq niyyəti yoxdur. Buna baxmayaraq, Aİ-nin missiyası fonunda bu kimi səfərlər Azərbaycan tərəfi üçün maraqlıdır”.

Fazil Mustafaya görə, ekstremal vəziyyətdə Azərbaycana qarşı hansısa addımların atılması ehtimalı yoxdur:

“Aİ-nin missiyası elə bir səlahiyyətə malik deyil. Azərbaycana qarşı hansısa addımların atılması asan görünmür. Sadəcə, olaraq proseslərə həssas yanaşmaq lazımdır. Əgər ehtiyac yaranarsa, rəsmi Bakı düşünülmüş addımlar atacaq. Bunu erməni tərəfi yaxşı bildiyi üçün təxribat törətməyin nəyə başa gələcəyini anlayırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri