Icma.az
close
up
RU
“ArazNaxçıvan”ın seriyası bitdi, “Neftçi” irəlilədi

“ArazNaxçıvan”ın seriyası bitdi, “Neftçi” irəlilədi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Qış fasiləsi ərəfəsindəki axırıncıdan əvvəlki tur da maraqlı hadisələrlə zəngin oldu. Avrokubokların ardından təbiət də mübarizənin axarına damğa vurdu.

Əlbəttə, hava şəraiti üzündən “Şamaxı” – “Səbail” oyununun gec başlamasını nəzərdə tuturuq. Sırf yaşıl meydanda yaşanan hadisələrə gəlincə, “Araz-Naxçıvan”ın möhtəşəm seriyası bitdi, “Neftçi” çətin qələbə sayəsində bir pillə irəlilədi, “Səbail” Cavid Hüseynovla ilk xalını qazandı.
Tur qara görə 20 dəqiqə yubanan “Şamaxı” – “Səbail” matçı ilə start götürdü. Hər iki komandanın daim qol axtarışında olmasına baxmayaraq, qapılar toxunulmaz qaldı. Qazonun durumu da oyunun keyfiyyətinə təsir göstərdi. Futbolçular ara-sıra yıxılır, fasilələr yarandıqça ayaqları ilə meydandakı qarı təmizləməyə çalışırdılar. Sanki meydanda futbol yox, başqa bir oyun izləyirdik. Topu daha çox havada görürdük. Belə oyun tərzi də topun meydanı tez-tez tərk etməsi ilə nəticələnirdi. Hər halda, 1 xal qonaqları daha çox sevindirməlidi. “Şamaxı” isə artıq 10 oyundu qələbəyə həsrətdi. Doğrudan da, bu klubun rəsmiləri mövsümün əvvəlində gerçəyi deyirmiş: hədəf elitada qalmaqdı!
Turun mərkəzi oyununda nə baş verdi? “Araz-Naxçıvan”ın 15 oyunluq məğlubiyyətsizlik seriyasını “Sabah” qırdı. Üstəlik Muxtar Respublikanın təmsilçisi 6 tur idi qapısında qol görmürdü. Vasili Berezutskinin gəlişindən sonra “Sabah” dirçəlib və istənilən rəqibə çətin anlar yaşadır. Düzdü, bu dirçəlişin yeni baş məşqçi amili ilə bağlı olduğunu, yoxsa davamlı xarakter daşıyacağını tezliklə biləcəyik. Hər halda, “bayquşlar” rusiyalı çalışdırıcı ilə əvvəlcə “Səbail”i məğlub etdi, ardından “Turan Tovuz”u kubokdan uzaqlaşdırdı, “Qarabağ”la başa-baş mübarizə apardı və nəhayət, “qırmızı-ağlar”ın möhtəşəm seriyasını qıra bildi. Ədalət naminə, naxçıvanlıların məğlubiyyətə layiq olmadığını deməliyik.
Avrokuboklar vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə “Turan Tovuz” əvvəldən axıra taktiki savaş apardı. Bu komandaların 2-ci duelində qalib müəyyənləşmədi. “Zirə” Tovuzdan məğlub ayrılmışdısa, evdə xal qazana bildi. Əslində bu nəticə hər iki tərəfi razı saldı. “Qartallar” hədəfindən uzaq düşmədisə, “bozqurd” da ili ilk “3-lük”də bitirməyi təminat altına aldı.
Vaxtilə ölkə futbolunda “at oynadan”, indi isə autsayderlər sırasında olan “Neftçi” ilə “Kəpəz” bakılıların meydanında qarşılaşdı. İlk hissədə rəqib qapısından 2 top keçirən “Neftçi” fasiləyə üstün yollandı. Amma 2-ci hissədə oyunun axarı tam dəyişdi. “Ağ-qaralar” heç nədən panika yaşamağa, səhvləri sıralamağa başladılar. “Neftçi”nin qapısına qol vurmaq üzrə “ixtisaslaşan” Orxan Məmmədov 77-ci dəqiqədə qollardan birinin əvəzini çıxsa da, “Kəpəz” məğlubiyyətdən qaça bilmədi. “Neftçi” bu qələbə sayəsində turnir cədvəlində “Şamaxı”nı arxada qoydu.
Turun son oyununda “Qarabağ” “Araz-Naxçıvan”ın “Sabah”a uduzmasından yararlanmağa çalışacaqdı və bunu asanlıqla bacardı. Nəticədə zirvə yenə ağdamlıların oldu. Sadəcə, “Sumqayıt” “köhlən atlar” qarşısında çox tez “ağ bayraq qaldırdı”. Prinsipcə “Qarabağ”ın üç qol vurduğu ilk yarıdan sonra oyunun final fitini səsləndirmək olardı. Amma futbol qaydaları buna imkan vermir. Sona qədər oynamaq lazım idi. Nədənsə Vaqif Cavadov fasilədə futbolçularının qəlbinə nüfuz etmək üçün yarayan sözlər tapa bilmədi.
Oyun bərpa olunandan sonra daha iki qol vuran “Qarabağ” fərqi biabırçı həddə çatdırmaqla yanaşı, turun məhsuldarlıq göstəricisini də yetərincə yaxşılaşdırdı. Axı ilk 4 oyunda cəmi 4 qol vurulmuşdu.
Misli premyer-liqası
2-ci dövrə, 17-ci tur
14 dekabr
Şamaxı – Səbail 0:0
Araz-Naxçıvan – Sabah 0:1
15 dekabr
Zirə - Turan Tovuz 0:0
Kəpəz –Neftçi 2:1
16 dekabr
Qarabağ – Sumqayıt 5:0

ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri