Icma.az
close
up
RU
Arbeloa Real dan gedir

Arbeloa Real dan gedir

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

​Alvaro Arbeloa mövsümün son oyunundan əvvəl təşkil edilən mətbuat konfransında "Real" ilə yollarını ayıracağını rəsmən təsdiqləyib. Sport24.az xəbər verir ki, İspaniyalı mütəxəssis son dörd ayın onun üçün çox çətin keçdiyini gizlətməyib.
​Klubdakı fəaliyyətini dəyərləndirən çalışdırıcı rəhbərliklə hər şeyi müzakirə etdiklərini bildirib:
"Hamı ilə danışdım, fikir mübadiləsi apardıq. Bəzən razılaşdıq, bəzən isə yox. Klubun mənə verdiyi bu fürsətə görə minnətdaram və ümid edirəm ki, bir gün yenidən buraya qayıdacağam".
​Arbeloa qərar verərkən şəxsi maraqlarından çox klubun mənafeyini düşündüyünü vurğulayıb:
"Son aylarda özümü yox, daha çox "Real"ı düşündüm. Klub üçün ən doğru olanı etməyə çalışdım. Başqa klubda vəziyyət fərqli ola bilərdi, amma burada etməli olduğum məhz bu idi. Peşman deyiləm".
​Son oyunun "Santyaqo Bernabeu"da keçirilməsinin xüsusi olduğunu qeyd edən mütəxəssis azarkeşlərə qələbə ilə vida etmək istədiyini deyib. O, komandanın müdafiəçisi Dani Karvaxal barədə də xoş sözlər ünvanlayıb:
"Karvaxal "Real" futbolçusunun necə olmasının simvoludur. Akademiyadan yetişməsi və klub üçün etdikləri onu xüsusi edir. Sabah onun üçün xüsusi gün olacaq".
​Gələcəyi ilə bağlı danışan çalışdırıcı yeni çağırışlara hazır olduğunu bildirib:
"Bu, "Real"da son oyunum olacaq. Məşqçi karyeramın burada bitib-bitməyəcəyini bilmirəm. Amma son dörd ayda çox inkişaf etdim və yeni çağırışlara hazıram".
​Arbeloa mətbuatda Joze Mourinyo ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:
"Mourinyonun güclü məşqçi heyəti var və o, gələcəyi halda öz komandası ilə gələcək. Mənim onun heyətinə qoşulmağım mümkün deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 May 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri