Azərbaycan Vyetnamdan 9 ayda 73 milyon dollarlıq smartfon idxal edib
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamdan 134,9 milyon dollar dəyərində məhsul idxal edib.
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, hesabat dövründə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 136 milyon dollar təşkil edib. Azərbaycan Vyetnamla 641 adda məhsul üzrə ticarət əlaqələri qurub.
İdxal olunan məhsullar arasında smartfonlar xüsusi yer tutur. Belə ki, 9 ay ərzində Vyetnamdan 188 min 684 ədəd smartfon gətirilib. Bunun üçün 73 milyon dollar vəsait ödənilib.
Vyetnamdan idxalda texnika və elektron avadanlıqlar üstünlük təşkil edib. Hesabat dövründə Azərbaycana 4,9 milyon dollar dəyərində məlumat ötürmə və emal qurğuları, 4,6 milyon dollar dəyərində portativ hesablama maşınları, 2,9 milyon dollar dəyərində tozsoran, 2,5 milyon dollar dəyərində məlumat emalı qurğuları və 2,4 milyon dollar dəyərində elektron modullar gətirilib.
Bundan başqa, qulaqcıqlar, printerlər, keşyu fındığı, istiot, ayaqqabı, paltaryuyan maşınlar, dərman vasitələri və dondurulmuş naqqa balığı da idxal olunan məhsullar sırasında olub.
V.Bayramov qeyd edib ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanın Vyetnama ixracının 90 faizindən çoxunu tütün təşkil edib. Bu ölkəyə 1 milyon dollar dəyərində tütün ixrac olunub. Digər məhsulların ixracı isə nisbətən kiçik həcmdə həyata keçirilib.
Deputat iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan Prezidentinin Vyetnama səfəri iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















