Azadlıq insanın ən ali və dəyərli anlayışlarından biridir
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azadlıq insanın ən ali və dəyərli anlayışlarından biridir.
O, yalnız fiziki cəhətdən nəzərdə tutulan anlayış deyil, həm də düşüncə, söz və seçim baxımından da əhatə edir. Azad insan öz həyat yolunu özü müəyyən edir, qərarlarını qorxmadan, heç kimdən çəkinmədən, rahat şəkildə verir və məsuliyyətini dərk edir. Buna görə də azadlıq hər bir fərdin həm hüququ, həm də məsuliyyətidir.
Tarix boyu bir sıra millətlər, xalqlar və dövlətlər azadlıq uğrunda mübarizə aparmış onun uğrunda canlarından, qanlarından keçmişdir. Çünki azadlıq olmazsa, cəmiyyətdə tərəqqi, yaradıcılıq və ədalətin mövcud olması mümkün deyil. Azad cəmiyyətlərdə insanlar öz fikirlərini sərbəst ifadə edir, yeni ideyalar ortaya qoyur və cəmiyyətin inkişafına töhfə verirlər. Əksinə azadlığın məhdudlaşdırıldığı cəmiyyətdə isə qorxu, ədalətsizlik, yaltaqlıq və gerilik hökm sürür.
Məsələn bir misal götürək. Filankəs azad bir insandır, onun azadlığını əlindən almaq üçün ona hədə-qorxu gələrək qorxu altına salırlar, o qorxu altına düşdüyü zaman cəmiyyətdə baş verən hadisələrə qarşı ədalətsiz davranır, daha sonra həmin hadisənin onun başına gəlməməsi üçün yaltaqlıq edir. Və bu tip alqoritmlə cəmiyyətdə gerilik baş alıb gedir.
Lakin azadlıq hədsiz sərbəstlik demək deyil. Bəzən insanlar “azadlıq” anlayışını başqa cür başa düşür. Yəni insan azaddırsa, yerli-yersiz, məqsədli-məqsədsiz və s. hər şey edə bilər. Xeyr, bu yanlış düşüncədir. İnsan azaddırsa, hərəkətlərinə və davranışlarına fikir verməlidir. Əks halda digərlərinin hüquqlarını pozmuş olar. Fərd azadlığından istifadə edərək hərəkət və davranışlarına diqqət yetirsə, cəmiyyətdə qarşılıqlı anlayış və harmoniya yaranar. Bu da cəmiyyətin inkişafına bir başa təsir edir.
Beləliklə, gələk əsas məsələyə azadlıq hər bir fərdin təbii hüququ, cəmiyyətlərin isə inkişafının əsas şərtidir. Lakin yadda saxlamalıyıq ki, azadlıq verilən bir hədiyyə deyil, qan və can bahasına qazanılan və daim qorunmalı olan dəyərdir. O, etik normalar və ədalət prinsipi ilə birləşdikdə dünyanı daha yaşanmalı bir yerə çevirir. Azad insan həm özünə, həm də ətrafına fayda verən, şüurlu seçim edən şəxsdir, sərbəstdir deyə hər lazımsız fəaliyyəti görüb ətrafa narahatlıq yaradan şəxs yox.
Zaur Isayev
Azərbaycan Turizm və Menecment Universiteti,
SI-2504 tələbəsi
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















