Icma.az
close
up
RU
“Arda bizə nə müharibə, nə də maliyyə ilə bağlı suallar verdi”

“Arda bizə nə müharibə, nə də maliyyə ilə bağlı suallar verdi”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Arda Turanın “Şaxtyor”dakı karyerasının necə alınacağı hər kəsə maraqlıdı.

Donetsklilərin idman direktoru Dario Srna Ardanın təyinatını İspaniyanın “Marka” nəşri üçün dəyərləndirib:

“Biz belə cəsur qərarlar verməkdən heç vaxt çəkinməmişik. Arda gənc, hirsli, iddialı və qalib mentallığına malik bir futbol adamıdı. Eynilə mənim kimi. “Eyüpspor”u elitaya daşıdı və superliqadakı ilk mövsümündə “avrokubok zonası”ndan cəmi 1 xal geri qalaraq 6-cı pilləni tutdu. Ardanı bura gəlməyə razı salmaq heç də çətin olmadı. Bizə nə müharibə, nə də maliyyə ilə bağlı suallar verdi. Sadəcə, futbol, oyunçular və komanda haqda danışdıq. Telefonda bircə dəfə danışmağımız yetərli oldu. Mənə “hazıram. Bu, mənim üçün önəmli fürsətdi və onu dəyərləndirmək istəyirəm. Narahat deyiləm. Yüksək səviyyəli məşqçi olmaq istəyirəm. “Şaxtyor” bu baxımdan karyeramda önəmli bir addım ola bilər” dedi. “Şaxtyor” son 25 ildə təkcə yaxşı oyunçulara sahib olmadı, həm də önəmli mütəxəssislərlə çalışdı. Luçesku, De Zerbi, Luis Kastro, Fonseka... İndi də Arda ən yaxşılardan birinə çevrilmək üçün hər şeyə sahibdi. O, müdafiədə Simeone, hücumda Luis Enrike kimidi. Futbolçunun ruhunu, psixoloji durumunu gözəl hiss edir. Bunu hər məşqçi bacarmır. Həm də yüksək səviyyəli köməkçilərə malikdi. Ona tam güvənirik və klubumuzun tarixində yeni bir səhifə açmağa hazırıq. Bu mövsüm üçün hədəf AL-də əsas mərhələyə yüksəlmək və çempion statusunu qaytarmaqdı. Müharibəyə gəlincə, dəyişən bir şey yoxdu. Hər gün hücumlara məruz qalırıq. Bu şərtlərdə işləmək çətindi. Ukraynadakı müharibə artıq əvvəlki qədər müzakirə olunmur. Çünki indi dünyada başqa müharibələr də var. Amma ilk gündə durum necə idisə, indi də elədi. Savaşın tezliklə bitəcəyinə ümid edirik. Çünki bu şərtlər altında hamıya çətindi. Oturub müzakirələr aparılmalı və sülh sazişi imzalanılmalıdı. Bura Braziliyadan və başqa ölkələrdən də gələnlər olur. Onlar üçün müharibə tam yad bir durumdu. Ona görə də Kiyevə və ya başqa bir şəhərə bomba atılanda bunu onlara izah etmək çətin olur. Müharibədə qardaşlarını, dostlarını, yaxınlarını itirənlər var. Bu, çox acı bir durumdu. Buna baxmayaraq, oyunçular son dərəcədə peşəkardılar və hər gün əllərindən gələni edirlər. Savaş artıq həyatımızın bir parçasına çevrilib. Amma həyatımızın dəyişməsinə imkan verməməli və güclü olmalıyıq. Biz Ukrayna xalqı, futbolu və ordusu üçün savaşırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri