Icma.az
close
up
RU
Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay və yaz fəsillərində bəzən arı sancması hallarına rast gəlirik.

Çox vaxt bu, sadəcə ağrı və şiş ilə keçsə də, bəzi insanlarda ciddi nəticələrə səbəb olur. Xüsusilə, allergiyası olan şəxslərdə ciddi sağlamlıq problemlərinə və hətta ölümlə nəticələnə bilər.

Bəs hansı halda arının zəhəri insan həyatı üçün təhlükə yarada bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, arı sancması adətən təhlükəsiz olur:

“Arı sancması insan həyatı üçün təhlükəli deyil. Arı sancması zamanı həmin nahiyyədə ağrılar ola bilir. Çünki kəskin, turşu mənşəli maddələr dərinin altına getdiyi üçün ağrı, şişkinlik olur. Normal halda arının verə biləcəyi ziyan bundan artıq deyil.

Bəzən insan orqanizmdə arının insanın bədəninə yeritdiyi zəhərə qarşı, immum sistemində müəyyən çatışmazlıq olur. Çünki insan orqanizminə hər hansı maddə daxil olanda bütün bədən yad cisimlərə qarşı xüsusi maddə hazırlamağa başlayır, yəni biz buna anticisim deyirik.

Həmin anticisimlər orqanizmə daxil olmuş yad cisimin ətrafında toplanır və başlayırlar anticismi zərərsizləşdirməyə ki, insan orqanizmi bundan əziyyət çəkməsin”.

Həkim qeyd etdi ki, insan imum sistemində soporos (şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi) halı olur, bu insan orqanizmində yaranan anticismlə, insan orqanizminə daxil olan zəhər arasında bir növ hakimlik edir:

“Yəni bu proses zəhərin təsirindən insanın ölməməsi üçündür. Kimdəki soporos halı olmur, o zaman anaflaktik şok olması nəticəsində xəstə ölə bilər. Çünki orda elə güclü super-aktiv reaksiya yaranır ki, insan orqanizmi ona dözə bilmir.

Arı vuran zaman, kimlərdəsə soporos halı kifayət qədər inkişaf etməyibsə, bu proses çətin keçir, tamamilə bu sistem olmadıqda isə güclü reaksiya nəticəsində ölüm halları baş verə bilər.

Orqanizmdə bu sistem normal olduqda, arı sancması hər hansı fəsad yaratmır. Ümumiyyətlə, insan bədənində belə hadisələrə qarşı hazır madə olduqda problem yaranmır”.

Gülər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri