Icma.az
close
up
RU
Arif Əsədov: Görünən odur ki, Qarabağ da psixoloji eniş var

Arif Əsədov: Görünən odur ki, Qarabağ da psixoloji eniş var

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Maraqlı oyunlar oldu. Sürpriz nəticələr qeydə alındı. "Neftçi" və "Şamaxı" son turda məğlub olmuşdular. Bu rəqiblər turnir cədvəlində qonşudurlar. Hər iki komandaya qələbə vacib idi. Oyunun əvvəlində "Şamaxı" üstün görünürdü, hesabı aça bilərdi. Hətta, top dirəkdən qayıtdı. Sonradan "Neftçi" oyuna nəzarəti ələ keçirdi və bunun nəticəsi kimi rəqibi məyus etdilər. Digər matçlarla müqayisədə "Neftçi" bu görüşdə daha yaxşı təsir bağışladı". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov Misli Premyer Liqasının XXI turunun oyunlarını dəyərləndirərkən deyib.

Əsədov turun digər qarşılaşmaları haqda da fikirlərini bölüşüb:

"Sumqayıt" "Araz-Naxçıvan" qarşılaşması gərgin mübarizə şəraitində keçdi. Açıq futbol izlədik. Heç-heçə ədalətli nəticə idi. "Turan Tovuz" "Qarabağ"a qalib gəldikdən sonra "Səbail" ilə oyunda favorit görünürdü. İlk hissədə Tovuzlular üstünlük əldə etsələr də, onların əleyhinə işləyən məqam qırmızı vərəqə oldu. Bundan sonra "Səbail" üstünlüyü ələ alıb qol vurdu. "Səbail"in son 3 turda göstərdiyi performans yaxşıdır. "Turan Tovuz" bu oyunda 2 xal itiməklə "Qarabağ"ı məğlub etməyin üstündən xətt çəkdi. "Kəpəz" "Sabah" oyununda fərqli hissələr oldu. Gəncə klubu hesabda iki dəfə geridə olmasına baxmayaraq, geridönüş edə bildi. Təbii ki, burda "Sabah"ın futbolçusunun lazımsız qırmızı vərəqə alması da rol oynadı. "Zirə" "Qarabağ" oyunun dramatik keçdi. İlk hissədə "Qarabağ" iki top fərqi ilə önə keçsə də, hesabı sona qədər qoruya bilmədilər. Fasilədə meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov nə tapşırıq verdisə, komanda ikinci hissəyə tam fərqli çıxdı. Görünən odur ki, "Qarabağ"da psixoloji  eniş var. Məncə, növbəti turlarda daha ideal "Qarabağ" görəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://sport24.az
archiveBu xəbər 03 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri