Icma.az
close
up
RU
Arif Hacılının oğlu və gəlini ABŞ da həbs edildi SƏBƏB

Arif Hacılının oğlu və gəlini ABŞ da həbs edildi SƏBƏB

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-da həbs edilib.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Arif Hacılı oğlunun və gəlininin Müsavat Partiyasına xas ənənəvi saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.

Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Hacılılar ABŞ-ın aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.

Mənbə bildirir ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.

Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır.

ABŞ qanunvericiliyinə görə, miqrasiya qurumlarına saxta sənəd təqdim edilməsi, şəxsin siyasi fəaliyyəti və mümkün təqib təhlükəsi barədə bilərəkdən yalan məlumat verməsi sadəcə texniki qayda pozuntusu sayılmır. Belə hərəkətlər oturum və sığınacaq müraciətinin rəddinə, miqrasiya həbsinə, deportasiya prosesinə və ayrı-ayrı hallarda əlavə hüquqi məsuliyyətə gətirib çıxara bilər.

Musavat.com-un araşdırması zamanı ABŞ-ın açıq məhkəmə və miqrasiya bazalarında bu işə dair ad-soyadla əldə edilən sənəd tapılmayıb. Bunun əsas səbəbi ABŞ immiqrasiya işlərinin açıq sistemdə adla yoxlanılmamasıdır. ABŞ Ədliyyə Nazirliyinin EOIR sistemi işin statusunu öyrənmək üçün “A-number” adlanan fərdi miqrasiya nömrəsini tələb edir. Girov iclasları barədə məlumat da açıq elektron sistemdə göstərilmir. Buna görə məlumatın açıq bazada görünməməsi belə bir prosesin olmadığı anlamına gəlmir.

Məsələnin digər mühüm tərəfi budur ki, Arif Hacılının adı saxta sənəd qalmaqalında ilk dəfə hallanmır. Onun 2014-cü ildən Müsavat Partiyasına başçılıq etdiyi dövrdə siyasi mühacirət, saxta partiya arayışları və Avropada oturum almaq üçün qurulan saxta dosyelərlə bağlı çoxsaylı ittihamlar gündəmə gəlib.

Almaniyada keçirilən məhkəmə proseslərində, Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırmalarında və Avropanın ayrı-ayrı ölkələrində aparılan yoxlamalarda Müsavat Partiyasının adından verilən sənədlər müzakirə mövzusu olub. Bir sıra şəxslər Avropada bu sxemin qurbanına çevrildiklərini bildiriblər. Jurnalist Elbəyi Həsənli də silsilə yazılarında saxta sənəd və siyasi mühacir biznesi ilə bağlı fakt və iddiaları ictimailəşdirib.

İddialara görə, Arif Hacılının partiyaya rəhbərlik etdiyi dövrdə siyasi fəaliyyətlə real əlaqəsi olmayan şəxslərə partiya üzvlüyü, təqib və siyasi fəallıq barədə sənədlərin hazırlanması kütləvi xarakter alıb. Xaricdə oturum almaq istəyən ayrı-ayrı şəxslər bu sənədlərdən istifadə edib, sonradan isə həm özləri, həm də onlara saxta dosye hazırlayan çevrələr hüquqi problemlərlə üzləşiblər.

İndi eyni metodun Arif Hacılının öz oğlu və gəlini üçün də işə salındığı barədə məlumat ortaya çıxıb. Bu dəfə saxta sənəd mexanizminin qurbanı kənar şəxs deyil, Arif Hacılının öz övladıdır.

İllər boyu siyasi rəqiblərini və hakimiyyəti saxtakarlıqda suçlayan Arif Hacılının özünün belə ağır iddiaların mərkəzinə düşməsi ciddi siyasi və mənəvi ziddiyyətdir. Başqalarından şəffaflıq və dürüstlük tələb edən siyasi xadim əvvəlcə həmin prinsipləri öz fəaliyyətində və ailəsinə münasibətdə qorumalıdır.

Siyasətçi üçün ailə üzvlərinin gələcəyini saxta sənədlər və təhrif olunmuş siyasi dosyelər üzərində qurmağa çalışmaq nə siyasi əxlaqa, nə də ictimai məsuliyyətə sığır. Arif Hacılının bu əməli qınanmalıdır. Saxtakarlıq üzərində qurulan yol sonda onun öz övladını ABŞ-da həbs və deportasiya təhlükəsi ilə üz-üzə qoyub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Sentyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri