Icma.az
close
up
RU
Arifə Balakişiyeva övladına elə toy etdi ki Aygün, Röya və digər ulduzlar axın etdi FOTOlar

Arifə Balakişiyeva övladına elə toy etdi ki Aygün, Röya və digər ulduzlar axın etdi FOTOlar

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb.

Milli.Az editor.az-a istinadla xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. "Meridian Park Luxury" restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.

"Meridian Park Luxury" Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.

Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.

Redaksiyamız həyatını birləşdirən gəncləri təbrik edir, onlara xoşbəxtlik arzu edir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Aprel 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri