Icma.az
close
up
RU
Ali Məhkəmə ötən il yeni dördulduzlu qərar qəbul edib FOTO

Ali Məhkəmə ötən il yeni dördulduzlu qərar qəbul edib FOTO

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Moderator.az xəbər verir ki, iclası giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Plenum Ali Məhkəmənin ötənilki fəaliyyətinə həsr olunub.

Geridə qoyulan ilin dövlətimiz və xalqımız üçün uğurlu olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi hüquqi dövlət prinsiplərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Həmin il çərçivəsində Ali Məhkəmə tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların ədalət mühakiməsinə inamının möhkəmləndirilməsinə xidmət edən mühüm addımlar atılıb.

İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüququn inkişafının təmin edilməsi və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasında sabitliyin qorunması məqsədilə 44 üçulduzlu, bir yeni dördulduzlu qərar, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən iki qərardad, iki yeni Plenum qərarı qəbul edilib. Bir sıra Plenum qərarlarına mühüm dəyişikliklər edilib, dörd Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub.

İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması qarşıda duran hədəflərdəndir.

Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.

Bildirilib ki, Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17.9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, dörd faiz iş xarici məhkəmələrin qətnamələrinin ölkədə tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb. Baxılmış işlərdən 81.1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18.1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0.8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.

2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5 227 işdən 62.1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9.6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0.6 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 3 246 işdən 27.4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0.5 faiz iş üzrə icraata xitam verilib, 0.9 faiz qərar dəyişdirilib.

Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub. Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8.3 faiz artıb. Apellyasiya şikayəti verilən işlərin sayı 3.5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5.9 faiz azalıb.

Hesabatda instansiyalar üzrə yekunlaşmış işlərin sayının yüksək olduğu və orta yekunlaşma göstəricisinin 85 faiz təşkil etdiyi qeyd olunub. Eyni zamanda, təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edildiyi bildirilib. Qeyd edilib ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının sabitlik göstəricisi kifayət qədər yüksəkdir. Bu nəticələrin təcrübənin vahidliyinin təmin edilməsi, instansiyalar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması, eləcə də hakimlərin peşəkarlıq səviyyəsinin artması ilə bağlı olduğu vurğulanıb. Yekunda aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib.

Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3 556 işdən 75.3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2 677 işdən 82.3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, beş faiz iş üzrə qərar ləğv edilib, 12.7% iş üzrə qərar isə dəyişdirilib.

Daha sonra Ali Məhkəmə Aparatının 2025-ci il üzrə hesabatı dinlənilib. Qeyd edilib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və təşkilati təminatı üzrə ardıcıl tədbirlər görülüb. Diqqətə çatdırılıb ki, 2026-cı ildə əsas prioritetlər rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron sənəd dövriyyəsinə keçidin tam təmin edilməsi, fəaliyyətin təhlilinin və monitorinqlərin avtomatik aparılması, süni intellekt elementlərinin tətbiqi olacaq.

Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.

Plenumda, həmçinin "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb.

Sonda Plenumda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri