Icma.az
close
up
RU
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar

Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Lakin onların əksəriyyəti ölmür, sadəcə qışın sərt şərtlərindən qorunmaq üçün müxtəlif üsullara əl atırlar. Mütəxəssislərin sözlərinə görə, arıların və eşşəkarılarının qışı necə keçirməsi onların təkbaşına, yoxsa koloniya halında yaşamasından asılıdır.

Şimali Karolina Dövlət Universitetinin dosenti Kris Heyz bildirib ki, həşəratların qışdan sağ çıxmaq üsulları növlərinə və sosial quruluşlarına görə dəyişir. Onun sözlərinə görə, bəzi həşəratlar qışı koloniya halında, digərləri isə təkbaşına keçirirlər. Onların bir qismi sürfə mərhələsində, digərləri isə yetkin halda soyuqlardan qorunur.

Eşşəkarıları qışda necə sağ qalırlar?

Koloniya halında yaşayan eşşəkarılarında qışlama prosesi adətən eyni şəkildə baş verir. İlk şaxtalardan sonra koloniyanın əksər üzvləri məhv olur. Yalnız mayalanmış ana arı sağ qalır. Ana arı ağac qabıqlarının altında, ağac koğuşlarında, bəzən isə evlərin çardaqlarında gizlənərək qışı keçirir.

Yazda havalar isinəndə isə yeni koloniya yaratmağa başlayır. Tək yaşayan arılar, məsələn, dülgər arılar və hörgücü arılar qışı ağac boşluqlarında, bitkilərin içiboş gövdələrində və ya yeraltı yuvalarda keçirirlər.

Bəzi növlər qış boyunca sürfə mərhələsində qalır. Dülgər arılar kimi digər növlər isə soyuq aylarda yetkin halda gizlənərək yazın gəlməsini gözləyirlər.

Bal arılarının qeyri-adi isinmə üsulu

Bal arıları digər arılardan fərqli olaraq qışı bütün koloniya ilə birlikdə keçirə bilirlər. Florida Universitetinin şəhər entomologiyası üzrə professoru Conalin Qordon bildirib ki, bal arılarının koloniyaları qışda sağ qalmaq baxımından unikal xüsusiyyətə malikdir. Onun sözlərinə görə, arılar soyuq havalarda bir-birinə sıx şəkildə toplaşaraq böyük bir topa əmələ gətirirlər. Ana arı bu topanın mərkəzində yerləşir və digər arılar onu soyuqdan qoruyurlar.

Ən maraqlısı isə arıların istiliyi necə yaratmasıdır. Arılar qanadlarını hərəkət etdirmədən onları idarə edən əzələlərini sürətlə yığıb-boşaldırlar. Bu hərəkət nəticəsində istilik yaranır. Beləliklə, çöldə temperatur mənfi 35 dərəcəyə düşsə belə, arı topasının daxilində temperatur təxminən 35 dərəcə Selsiyə çata bilir.

Arılar daim yerlərini dəyişirlər. Xarici hissədə olanlar müəyyən müddətdən sonra mərkəzə keçir, mərkəzdəkilər isə onların yerini tutur. Bunun sayəsində heç bir arı uzun müddət soyuğa məruz qalmır. Qış boyunca arılar əvvəlcədən topladıqları bal ehtiyatı ilə qidalanırlar. Bu ehtiyat həm onların enerji mənbəyi olur, həm də istilik yaratmalarına kömək edir.

İnsanlar arıların qışdan sağ çıxmasına necə kömək edə bilərlər?

Mütəxəssislər bildirirlər ki, bağlarda tökülmüş yarpaqları yazadək müəyyən bir yerdə saxlamaq həşəratların qorunmasına kömək edə bilər. Çünki yarpaq örtüyü ana arılar, kəpənəklər, böcəklər və digər faydalı həşəratlar üçün təbii istilik izolyasiyası rolunu oynayır. Bundan başqa, yazda bağları həddindən artıq tez təmizləmək məsləhət görülmür.

Bitkilərin qurumuş gövdələrinin erkən kəsilməsi onların içərisində qışlayan həşəratların məhvinə səbəb ola bilər. Mütəxəssislər vurğulayırlar ki, təbiətdəki bu sadə sığınacaqların qorunması arıların və digər faydalı həşəratların sayının azalmasının qarşısını almağa kömək edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri