Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Yevlax rayonu ərazisində hadisə baş verib.
Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavator yanıb. Hadisə Aran qəsəbəsində, keçmiş hərbi hissə olmuş ərazinin yaxınlığında baş verib. Xəbərdə bildirilir ki, ekskavator ərazidə icazəsiz söküntü işləri aparırmış.
Xəbərdə bildirilir ki, dövlətə məxsus texnikadan Gülmalıyev Nizami İsmayıl oğlu idarə etməli olduğu halda İdarənin rəisi Ariz Mikayılovun bibisi oğlu Ədilzadə Nicat İntiqam oğlu idarə edib. Onun texnikanı idarə etmək hüququ olmayıb. Söküntü işləri aparılan zaman dəyəri 100 min AZN-dən artıq olan texnika tamam yanıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, hadisə ilə bağlı hazırda Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















