“Arpaçay”a düşən traktorçu belə xilas edildi Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası, “Arpaçay” çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.
Bu mövzuda digər xəbərlər:Arpaçay yatağı satışa çıxarılır
04 Dekabr 2024 13:56
Arpaçay su anbarı donub
27 Yanvar 2026 12:49
“Arpaçay open”in karate turniri
22 Yanvar 2025 09:53
10cu “ARPAÇAY OPEN” karate turniri
14 Yanvar 2025 16:53
Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti seçilib
10 İyun 2025 09:31
Baxış sayı:125
Bu xəbər 30 May 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















