Icma.az
close
up
RU
Uğurlu əməkdaşlıq nümunəsi

Uğurlu əməkdaşlıq nümunəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici siyasətində qonşu Gürcüstanla əlaqələrin gücləndirilməsi önəmli yer tutur. Bugünlərdə Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir.Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütünlüklə regional əməkdaşlığın genişlənməsi ilə yanaşı, qonşu dövlətin də dünya iqtisadiyyatına inteqrasiyasına dərin yol açır, qlobal bazarlara bağlayır. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu nəhəng enerji-nəqliyyat-kommunikasiya dəhlizləri Gürcüstan üçün böyük önəm kəsb edir.Ölkəmiz öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı vurğulayıb: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.

Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının da inkişafını təmin etməkdədir. Eyni zamanda, Gürcüstanın enerji, nəqliyyat, infrastruktur, yanacaq, kommunikasiyalar və s. sahələrində inkişaf layihələri də Azərbaycanın maddi dəstəyi ilə həyata keçirilməkdədir. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələr sırasındadır.
Hər iki ölkə qlobal əhəmiyyətli nəqliyyat dəhlizləri üzərindən aparılan yük daşınmalarının intensivliyini daha da artırmaq üçün infrastrukturları müasirləşdirir, o cümlədən nəqliyyat qovşaqlarını rəqəmsallaşdırır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürücülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanın da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıracaq. Nəticədə də bölgədə nəqliyyat-logistika zənciri daha da genişlənməklə, Cənubi Qafqazın hər iki ölkəsini inkişaf etmiş mərkəzə çevirəcək, Şərq və Qərb arasında geosiyasi mövqeyini gücləndirəcək. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya “yaşıl enerji” körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.
Ümumiyyətlə, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla, Cənubi Qafqazın transformasiyasına xidmət edir, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirir.

Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri