Icma.az
close
up
RU
Arteta “Everton” üzərində qələbədən sonra üç futbolçunu xüsusi fərqləndirdi

Arteta “Everton” üzərində qələbədən sonra üç futbolçunu xüsusi fərqləndirdi

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Everton” üzərində 2:0 hesablı qələbədən sonra komandasının müdafiəçilərinin çıxışını yüksək qiymətləndirib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qələbədə həlledici rol oynayan Ezri Konsa, Qabriel Maqalyaes və Ben Uayt barədə fikirlərini bölüşüb.

Qarşılaşmada hesabı Konsa açıb. İkinci qolu isə Ben Uaytın ötürməsindən sonra başla Qabriel Maqalyaes vurub.

Arteta Konsanın komandaya uyğunlaşmasını və liderlik keyfiyyətlərini xüsusi qeyd edib:

“Onun xarakteri, aurası fərqlidir. Düşünürəm ki, onda kluba, komandaya və məşqçilər heyətinə dərhal uyğunlaşmağa kömək edən xüsusi bir cəhət var. Bu, onun göstərdiyi oyunda da özünü büruzə verir. O, hər matçda möhtəşəm çıxış edib. Liderlik bacarığı, xüsusilə bizim oyun üslubumuzda qarşılaşdığı çətin vəziyyətlərdə soyuqqanlılığını qoruması diqqət çəkir. Üstəlik, Qabi ilə çox güclü anlaşma yaradıb”.

İspaniyalı mütəxəssis Qabriel Maqalyaesin zədə təhlükəsinə baxmayaraq, mübarizəni davam etdirməsini də yüksək qiymətləndirib:

“Qabi inanılmaz idi. Onun mümkün zədəyə səbəb olan epizoddan sonra həmin vəziyyətin öhdəsindən necə gəlməsi, yenidən mübarizəyə qoşulmaq istəyi və qol vurması çox şeydən xəbər verir. Bu, onun həm futbolçu, həm də klubun liderlərindən biri kimi xarakterini əla təsvir edir”.

Arteta Ben Uaytın son illərdəki inkişafından da razılığını ifadə edib:

“Ben hazırda çox yaxşı formadadır. Bir neçə il əvvəl tanıdığımız Benlə indiki Ben arasında böyük fərq var. O, xeyli yetkinləşib. Bütün istiqamətlərdə inanılmaz inkişaf edib. Onun komandamızda olması bizim üçün böyük üstünlükdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri