SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başladı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.
""Caspian Drilling Company Ltd" (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT - SOCAR-ın qazma struktur bölməsi) sifarişçimiz "Mosestro" üçün İsraildə "Sifra North 01" quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq işlərinə töhfə verən hər kəsə təşəkkür edirik. CDC və KQİT qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığı davam etdirəcəklər", - məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















