Rahim Sterlinqə şərti həbs cəzası verildi VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etmək və gülüş qazı saxlamaq işi üzrə məhkəmə tərəfindən cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xatırladaq ki, mayın sonunda polis 31 yaşlı ingiltərəli futbolçunu narkotik təsiri altında avtomobil idarə etmək, bu cür maddələri saxlamaq və tibbi müayinədən keçməkdən imtina etmək şübhəsi ilə saxlayıb.
Sterlinq 270 min funt sterlinq dəyərində olan “Lamborghini” markalı avtomobili ilə qəza törədib. O, M3 magistral yolunun cənub hissəsində, Minli yol qovşağının yaxınlığında avtomobili yolun kənarındakı qoruyucu səddə çırpıb.
Futbolçu təhlükəli avtomobil idarə etməkdə, gülüş qazı saxlamaqda və saxlanıldıqdan sonra analiz verməkdən imtina etməkdə ittiham olunub. Ona iki ilədək həbs cəzası verilə biləcəyi bildirilirdi.
Məhkəmənin qərarı ilə Sterlinq 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Sınaq müddəti 18 ay müəyyənləşdirilib. Bundan əlavə, onun sürücülük vəsiqəsi iki il müddətinə əlindən alınıb və 100 saat ictimai işlərdə çalışması tələb olunub.
Hakim hökmü elan edərkən futbolçunun müsbət reputasiyasını nəzərə alıb. O, Sterlinqin “gənclər üçün nümunə olduğunu” bildirib.
Sterlinq ötən mövsümün sonunda “Feyenoord”dan ayrılıb. Hazırda klubsuzdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Noyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















