Icma.az
close
up
RU
Artıq çəki yığmamaq üçün bəzi hiylələr

Artıq çəki yığmamaq üçün bəzi hiylələr

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alimlərin fikirinə görə, 2025-ci ilə kimi dünyada yaşayan 40% kişilərin və 50% qadınların çəkisi normadan çox-çox artıq olacaq.

Həmçinin mütəxəssislərin müşahidələrinə görə, hər il dünyada artıq çəkisi olan uşaqların sayı təxminən 7% artır. Bu çox təhlükəli statistikadır. Artıq çəki bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə yaşayan alimlər və həkimlər bu problemin həlli yolunu  axtarırlar.

Amerika Kornell Universitetinin professoru Brayan Uonsink 30 il ərzində artıq çəkisi olan insanların davranış xüsusiyyətlərini öyrənirdi və belə qərara gəldi ki, artıq çəkinin yığılmasının əsas səbəblərindən biri "gizli qarınqululuq"dur. Bu o deməkdir ki, insan gün ərzində əsas qida qəbullarında əlavə planlaşdırmamış qidaları (peçenye, konfet, çipsi, buterbrodlar, şirələr, qazlı içkilər, qəhvə və s.) qəbul edir ki, nəticədə bu da artıq çəkinin yığılmasına səbəb olur.

Professor "gizli kalorilərlə" mübarizə etmək üçün bu kimi tövsiyələr edir:

1. Bizim beynimiz əsl "qarınquludur". Biz kolbasa, şirniyyatlar, bulka, pirojki, pirojna və s. bu kimi qidaları görəndə, onları mədəmizlə deyil, beyinimizlə istəməyə başlayır. Bu səbəbdən belə qidaları görünən yerlərdə qoymayın və ən yaxşısı budur ki, belə qidaları ümumiyyətlə almayın. Görünən yerlərdə meyvə, su qoya bilərsiniz.

2. Stress vəziyyətində olan insan daha çox qida qəbul edir. Bu səbəbdən stress vəziyyətdə olduqda qidadan uzaq olun. Əks halda siz hiss etmədən çoxlu miqdarda qida qəbul edəcəksiniz. Stresdən çıxmanın ən yaxşı yolu fiziki tərbiyə və idmandır. Həm stresin orqanizmə olan mənfi təsiri azalır, həm də kalorilər sərf edilir.

3. Evdə hazır qidaları (kolbasa, sosis, peçenye və s.) saxlamayın. Bu qidalar əlçatandır, onlar əlavə bişirilmə və s. tələb etmir və bu səbəbdən aclığın ilk əlamətlərində biz dərhal onlara əl atırıq. Lakin meyvə, tərəvəzlər evinizdə daim olmalıdır.

4. Ayaqüstü, tələsik qida qəbul etməyin. Bu halda siz lazım olandan daha çox qida qəbul edəcəksiniz. Araşdırmalar nəticəsində məlum oldu ki, insanın mədəsi qida qəbul etməyə başladıqdan təxminən 20 dəqiqə sonra qəbul olunmuş qidaya reaksiya verməyə başlayır. Bu səbəbdən qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bununla siz həm mədə-bağırsaq sisteminin sağlamlığını qoruya bilərsiniz, həm də daha az qida qəbul edəcəksiniz.

5. Qida qəbul edəndə danışmayın, televizora baxmayın, qəzet oxumayın. Fikirinizi  qidanın qəbuluna yönəldin. Bu halda siz daha az qida qəbul edəcəksiniz.

5. Televizora baxdıqda, kompüterdə işlədikdə qida qəbul etməyin. Bu zaman insanın başı qarışır və o, qəbul olunmuş qidaya nəzarət edə bilmir. Belə vərdişlər artıq çəkinin yığılmasının əsas səbəbidir.

6. Artıq çəki yığmaq istəmirsinizsə, axşam 23.00-dan gec olmayaraq yatmağa gedin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri