“Artıq evi istəmirəm, pulumu versinlər... “Yeni Ailə” MMC tikinti şirkətindən ŞİKAYƏT
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Süleyman Rəhimov 201 ünvanındakı evim 2018-ci ilin oktyabr ayının 4-də “plana düşdü”. Mənimlə “Yeni Ailə” MMC tikinti şirkəti müqavilə bağlayaraq inandırdı ki, ayı 500- azn olmaqla, 3-aylıq, hər 3-aydan gec olmayaraq kirayə haqqı ödəniləcək. 2 il ərzində ev tikilib başa çatmalı idi. 2018-ci idən başlayıblar binanı tikməyə, hələ də tam hazır deyil. İstəyim odur ki, evin pulunu versinlər, artıq evi istəmirəm, çünki bunlar hələ də evi təhvil-təslim edə bilmirlər”
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Səbinə Məmmədova deyib. O daha sonra əlavə edib:
“Bina bərbad vəziyyətdədir. Nəsimi rayon İcra Hakimiyyəti əsas bunların arxa-dayağıdır. Bizim də arxa-dayağımız Allahdır. Həyəti nə gündədir. Çox vaxt qonşuların işığını kəsirlər. Kirayə pulunu 1 ildən artıqdır vermirlər ki, məcbur olub ora köçüm. Necə köçüm? Kimin sözünü eşidirlər? Bina heç üzlənməyib, amma binada artıq adam yaşayır. Bu çox təhlükəlidir, icazə verilməməlidir. Səhəri gün onlar üçün real təhlükədir. Cənab prezidentin qərarı var ki, təhvil-təslim olunmamış binalara FHN-nin rəy verməsi qadağandır. İcradan mənə deyirlər ki, köç yaşa da binada” deyə şikayətçi bildirib.
Qeyd-İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















