Icma.az
close
up
RU
Artıq heç kim mənzil almayacaq DAHA SƏRFƏLİ VARİANT Yeni Sabah

Artıq heç kim mənzil almayacaq DAHA SƏRFƏLİ VARİANT Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Daşınmaz əmlak investiyası dedikdə, adətən hansısa ev, mənzil, obyekt və ya torpaq sahəsinin satın alınıb kirayə və ya icarəyə verilməsi nəzərdə tutulur. 

Ölkəmizdə də geniş yayılmış bu yatırım üsulu, illərdir olduqca sərfəli və təhlükəsiz hesab edilir. Digər tərəfdən, Azərbaycan cəmiyyətində yeni qurulan ailələr üçün ən başlıca ehtiyac şəxsi ev və mənzilin olmasıdır. Xarici ölkələrdən fərql olaraq, ölkəmizdə davamlı kirayədə qalmaq heç də məqbul situasiya kimi qəbul edilmir. 

“Yeni Sabah” olaraq apardığımız araşdırma onu göstərir ki, mənzil almağın uzunmüddətli perspektivdə investisiya kimi faydaları olduğu kimi, riskləri də olduqca çoxdur. Mənzilin yerləşdiyi ərazinin əmlak perspektivinin zəifləməsi, iş və təhsil müəssisəsindən uzaqda yerləşməsi, daşınmaz əmlak qiymətlərində radikal ucuzlaşma kimi faktorları nəzərə aldıqda, şəxsi əmlak sahibi olmağın heç də hər zaman qazanc gətirmədiyini demək olar. 

Bir sıra xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə əhalinin əksər hissəsi ev almaq yerinə kirayədə qalmağa daha çox üstünlük verir. Səbəb isə əmlak qiymətlərinin baha olması deyil, insanların təhsil, iş və digər səbəblərdən yaşadığı yeri tez-tez dəyişməsidir. Dünya ölkələrinin bir çoxunda eyni tendensiya müşahidə olunmaqdadır. Bu ənənə iri şəhərlərdə özünü göstərən təmərküzləşmənin də qarşısını alır. 

Bu prosesin yaxın gələcəkdə ölkəmizdə də baş verəcəyi istisna deyil. Xüsusən ildən-ilə bahalaşmaqda olan mənzil və həyət evlərinin qiymətlərini nəzərə alsaq, Azərbaycanda da yavaş-yavaş “ömürlük kirayəşin”lərin sayı xeyli artacaq. Bu isə kirayə mənzil bazarında rəqabəti artıracağı kimi, daşınmaz əmlak qiymətlərinin normallaşmasına da gətirib çıxara bilər. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri