Icma.az
close
up
RU
“Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm”

“Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər İtaliya yığmasının baş məşqçi vəzifəsi ilə bağlı xəbərlərin sayı-hesabı yoxdu. Nəhayət, bir neçə gün əvvəl bu postda daimi işləyəcək mütəxəssisin kimliyi böyük ölçüdə müəyyənləşmişdi. Lakin gözlənilən təyinat vaxtında baş tutmayıb. Səbəb isə heç də idmanla bağlı deyil. Hadisələri xronoloji ardıcıllıqla nəzərdən keçirək.

"Football-plus.az" xəbər verir ki, “Skuadra adzurra”nın baş məşqçi vəzifəsi mart ayından boşdu. Cennaro Qattuzo komandanın seçmə pley-off mərhələsində Bosniya və Hersoqovinaya uduzaraq DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra istefa vermişdi. Yığmaya iyunda keçirilən iki yoldaşlıq matçında ölkənin gənclərdən ibarət komandasını çalışdıran Silvio Baldini rəhbərlik etmişdi. İtaliya iyunun 3-də Lüksemburqa, iyunun 7-də isə Yunanıstana 1:0 hesabıyla qalib gəlmişdi. Onu da yada salaq ki, milli komandanın ardıcıl 3-cü (!) dəfə mundiala çıxa bilməməsi bu yay İtaliya Futbol Federasiyasının (İFF) rəhbərliyində də dəyişikliyə səbəb olub. Böyük təzyiqə tab gətirməyib istefaya yollanan Qabriele Qravinanın boşaltdığı prezident kürsüsünə Covanni Malaqo seçilib.
İFF-nin yeni rəhbərliyi dünya çempionatı boyunca və nəhəng turnir sona çatandan sonra baş məşqçi probleminin həlli üçün müxtəlif yollara əl atıb. Vakant posta yerli və xarici ölkələrdən olan bir çox tanınmış mütəxəssisin namizədliyi nəzərdən keçirilib. Əlbəttə, Xosep Qvardiolanın adının hallanması dünya futbol ictimaiyyətinin də marağına səbəb olmaya bilməzdi. Lakin “Mançester Siti”dəki onillik möhtəşəm fəaliyyətini başa vurandan sonra hazırda işsiz olan ispaniyalı mütəxəssisin məsələsində çətinlik vardı. Cümə günü onun İtaliya yığmasının baş məşqçi vəzifəsinə təyinatının alınmaya biləcəyi məlum olub. “La Gazzetta dello Sport”un yaydığı xəbərə görə, tərəflər arasında əsas problem maliyyə məsələsi olub. 55 yaşlı çalışdırıcı ilə 20 milyon avro maaş tələb edib. Bu məbləğ isə İFF-nin təklif etməyə hazır olduğu məvacibdən təxminən iki dəfə çoxdu. Federasiyanın texniki direktoru Paolo Maldini danışıqların davam etdiyini desə də, hələ ki yekun razılığın əldə olunmadığını bildirib. Qvardiolanın ailəsi ilə birlikdə Barselonada daha çox vaxt keçirmək istəyi də danışıqları çətinləşdirən amillərdən biri hesab olunub. Həmin xəbərdə bildirilib ki, milli komanda baş məşqçisiz qalandan sonra federasiya əvvəlcə Karlo Ançelotti ilə əlaqə saxlayıb. Lakin təcrübəli mütəxəssis Braziliya yığmasında qalmağa qərar verib. Bundan sonra əsas namizəd kimi Qvardiolanın adı ön plana çıxıb. Lakin şənbə günü Pepin də yaxın gələcəkdə İtaliyada işləməyəcəyi müəyyənləşib. Bəzi mənbələr “Yuventus”dan istefaya göndəriləndən sonra heç bir yerdə işləməyən Tyaqo Mottanın “skuadra adzurra”ya mümkün təyinata isti yanaşmadığını da xəbər verib.
Bir andaca milli komandaya Andrea Pirlonun təyinat alacağı məlum olub. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında şifahi razılıq əldə olunub. 46 yaşlı mütəxəssislə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Pirlonun başçılıq edəcəyi məşqçilər heyətinə sabiq komanda yoldaşı Roberto Baronionun da daxil olacağı gözlənilirdi. Yeri gəlmişkən, DÇ-2006-nın qalibinin sonuncu, daha doğrusu, hazırkı iş yeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Dubay Yunayted” klubudu. Pirlo daha əvvəl “Yuventus”, “Sampdoriya” və “Fatih Karagümrük”ün baş məşqçi postunu da tutub.
Amma bazar günü ortaya ciddi bir problem çıxıb. İtaliyanın istehlakçı hüquqlarını müdafiə edən “Codacons” təşkilatı Pirlonun Rusiya mərc şirkəti ilə sponsorluq əməkdaşlığına görə araşdırma aparılmasını tələb edib. “Corriere dello Sport”un iddiasına görə, bu əməkdaşlıq Pirlonun milli komandanın baş məşqçi vəzifəsinə mümkün təyinatı ilə bağlı mübahisələr yaradıb. “Codacons” bununla bağlı Rabitə Məsələləri üzrə İdarəyə (AGCOM) rəsmi şikayət edəcəyini açıqlayıb. Təşkilat bildirib ki, Pirlo yığmanın baş məşqçisi təyin olunacağı halda, bu qərarın dayandırılması üçün məhkəməyə də müraciət edəcək. “Codacons” rəhbərliyi hesab edir ki, sabiq məşhur futbolçunun mərc şirkətinin reklam siması kimi fəaliyyəti İtaliya qanunvericiliyinə ziddi. Şikayət təmin olunarsa, Pirlo sponsorluq müqaviləsinin dəyərinin 20 faizi həcmində cərimələnə də bilər.
Əlbəttə, səbəbkarın bu məsələyə münasibəti də maraq doğururdu. 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı açıqlamada adının Rusiya mərc şirkəti ilə əməkdaşlığı səbəbindən mübahisələrə səbəb olmasından təəssüfləndiyini deyib. Pirlo bildirib ki, mərc şirkəti ilə əməkdaşlığı BƏƏ-də işlədiyi dövrdə yaranıb, yalnız kommersiya və idman xarakteri daşıyıb və buna siyasi məna qatılması doğru deyil. O, karyerası ərzində həmişə çalışdığı ölkələrin qanunlarına və imzaladığı müqavilələrə uyğun fəaliyyət göstərdiyini vurğulayıb. Pirlo paylaşımında artıq yığmanın baş məşqçi vəzifəsinə namizəd olmadığını da açıqlayıb:

“Dünən axşam öyrəndim ki, artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm”.


Yeri gəlmişkən, yığmanın sabiq qapıçısı və nümayəndə heyətinin rəhbəri Canluici Buffon komandaya qayıtmaq təklifini qəbul etməyib. Bu barədə “La Gazzetta dello Sport”un məlumatında bildirilir. İFF-nin yeni texniki direktoru Paolo Maldini ona milli komandada əvvəlkindən daha fəal vəzifə təklif edib. Sabiq qapıçı təklifi dinləsə də, sonda imtina qərarı verib. Qeyd edək ki, Buffon daha əvvəl də İtaliya yığmasının strukturunda çalışıb. O, vəzifəsini Qattuzo ilə birlikdə, komanda DÇ-2026-ya vəsiqə qazana bilmədikdən sonra tərk etmişdi.
Əlavə edək ki, Pirlonun gözlənilən təyinatının baş tutmamasının İFF-nin texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardonun istefaya yollanmasıyla müşayiət oluna bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyul 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri