Icma.az
close
up
RU
Artıq nömrəsiz moped sürüb hamını narahat edə bilməyəcəklər QANUN SƏRTLƏŞİR FOTO

Artıq nömrəsiz moped sürüb hamını narahat edə bilməyəcəklər QANUN SƏRTLƏŞİR FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması və moped nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması təklif olunur. Bu o deməkdir ki, bundan sonra moped sürmək üçün imtahan verib sürücülük vəsiqəsi almaq lazımdır. Ardınca isə mopedi dövlət qeydiyyatına aldırmaq lazım gələcək ki, bununla da həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişanı veriləcək.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanıb və bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub. Qanun layihəsinin məqsədi mopedlərin istismar qaydalarını daha dəqiq tənzimləmək, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıq səviyyəsini artırmaq, eləcə də yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.
Layihədə əsas yeniliklərdən biri moped sürən şəxslər üçün sürücülük vəsiqəsinin tələb olunmasıdır. Bu dəyişiklik, sürücülərin müəyyən hazırlıq keçməsini və təhlükəsizlik qaydalarına daha məsuliyyətli yanaşmasını təmin edəcək. Bundan başqa, təkliflərə əsasən, moped anlayışına daha aydın tərif veriləcək, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də məcburi olacaq. Əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmə tələbi isə aradan qaldırılacaq.
Layihədə həmçinin qeyd olunur ki, moped və motosikletlərin uzunluğu və ya enindən 0,5 metrdən artıq çıxan, eləcə də idarəetməyə mane olan yüklərin daşınması qadağan ediləcək.


Mövzu ilə bağlı nəqliyyat eksperi Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, qanuna ediləcək bu dəyişiklik moped nəqliyyat vasitələrini idarə edən şəxslərin hüquq və vəzifələrini daha dəqiq dəqiqləşdirir və məsuliyyəti formalaşdırır: “İndiyə qədər bu sahədə müəyyən boşluqlar mövcud idi və bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. Moped sürücülərinin yol hərəkəti qaydaları haqqında biliklərinin zəif olması nəticəsində onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb, digər hərəkət iştirakçıları arasında onlara qarşı narazılıq və narahatlıq yaradıb. Bu dəyişiklik beynəlxalq təcrübəyə əsaslanır. Moped artıq motosikletlə eyni səviyyədə qiymətləndiriləcək və həmin nəqliyyat növünə də eyni qaydalar tətbiq olunacaq. Dəyişikliklər həm sürücülük vəsiqəsinin alınması, həm də mopedlərin dövlət qeydiyyatına salınması ilə bağlı məsələləri əhatə edir”.
Nəqliyyat eksperti həmçinin deyib ki,  bu qərara əsasən, moped idarə edən şəxslər qayda pozuntularına yol verdiyi halda elektron qaydada cərimələnəcək: “İndiyədək mopedlərin dövlət qeydiyyat nişanı olmadığı üçün kameralar vasitəsilə onların pozuntularını aşkarlamaq çətin idi. Bu səbəbdən bəzi sürücülər hadisə törədib məsuliyyətdən yayınır, istədikləri kimi hərəkət edirdilər. Bəzi hallarda mopedlərin cinayət hadisələrində, o cümlədən soyğunçuluq və basqınlarda istifadə olunması da müşahidə edilib. Bu isə nömrə nişanının olmaması ilə əlaqədar onların izlənilməsini çətinləşdirir. Beləliklə, moped nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və onların idarə edilməsi üçün sürücülük vəsiqəsinin tələb olunması mühüm və müsbət addım hesab olunur. Bu dəyişiklik həm yol hərəkətində təhlükəsizliyi artıracaq, həm də nizam-intizamı təmin edəcək. Ümid edirəm ki, nömrəsiz mopedlə hər gün insanları narahat edənlərin əməllərinə son qoyulacaq”.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri