Icma.az
close
up
RU
Artıq regionun taleyi Bakıda müəyyən olunur ŞƏRH

Artıq regionun taleyi Bakıda müəyyən olunur ŞƏRH

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"44 günlük Vətən müharibəsi Azərbaycanın son iki əsrlik tarixində milli iradənin, dövlət qətiyyətinin və siyasi uzaqgörənliyin ən parlaq təntənəsinə çevrildi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan nəticə göstərdi ki, artıq regionun taleyi kənar mərkəzlərdə deyil, Bakıda müəyyən olunur".

Bu sözləri Modern.az-a açıqlamasında deputat Elnarə Akimova bildirib.

Millət vəkli qeyd edib ki, uzun illər boyu Azərbaycan xalqına “reallıqla barışın” deyənlər, status-kvonu əbədi hesab edənlər bir anda tamamilə başqa mənzərə ilə qarşılaşdılar. Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də siyasi masanın başında oturan əsas gücə çevrildi:

"İllərlə beynəlxalq təşkilatlar kağız üzərində qətnamələr qəbul edir, böyük dövlətlər isə münaqişənin “dondurulmuş” vəziyyətdə qalmasında maraqlı görünürdülər. Çünki Qarabağ problemi regiona təsir etmək üçün əlverişli vasitə idi. Azərbaycan isə həmin oyunu dağıtdı. 44 günlük müharibə sübut etdi ki, beynəlxalq hüquq bəzən yalnız güclü dövlətlərin iradəsi ilə işləyir. Əgər siyasi iradə, iqtisadi müstəqillik və güclü ordu varsa, onillərlə davam edən ədalətsizliyi dəyişmək mümkündür".

O qeyd edib ki, müharibədən sonra formalaşan yeni reallıq bir çox dairələrin hesablarını alt-üst etdi:

"Ən böyük dəyişiklik ondan ibarət oldu ki, artıq “Qarabağ məsələsi” anlayışı tarixə çevrildi. Azərbaycan öz suverenliyini tam təmin etdi və separatizmin kökü birdəfəlik kəsildi. Bu, təkcə hərbi qələbə deyildi; dövlətçilik baxımından milli təhlükəsizliyin bərpası idi. Regionda ilk dəfə olaraq təşəbbüs tam şəkildə Azərbaycanın əlinə keçdi.  Lakin hər kəs bu reallığı qəbul etmək istəmir. Çünki yeni geosiyasi düzən köhnə təsir mexanizmlərini sıradan çıxarıb. Bəzi xarici dairələr hələ də regionda gərginliyin davam etməsində maraqlıdırlar. Onlar anlayırlar ki, güclü və müstəqil Azərbaycan artıq Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzinə çevrilir. Bu isə illərlə qurulmuş balansların dəyişməsi deməkdir".

E. Akimovanın sözlərinə görə, müxtəlif platformalarda Azərbaycana qarşı aparılan informasiya kampaniyaları, ikili standartlar və siyasi təzyiqlər də məhz bunun nəticəsidir:

"Əslində bu gün əsas məsələ yalnız sülh müqaviləsinin imzalanması deyil. Kağız üzərində imzalanan sənədlər tarixin hər dövründə olub. Əsas məsələ regionda yaranmış yeni güc balansının tam qəbul etdirilməsidir. Çünki sülh yalnız siyasi sənədlərlə deyil, reallıqların qəbul olunması ilə möhkəmlənir. Əgər Ermənistan və onu dəstəkləyən bəzi qüvvələr hələ də keçmiş xəyallarla yaşayacaqlarsa, onda regionda davamlı sabitlikdən danışmaq çətin olacaq".  

"Azərbaycan isə artıq tamam başqa mərhələyə qədəm qoyub. Bu mərhələ qalib dövlət mərhələsidir. İndi Bakı həm siyasi diktə edən mərkəzdir, həm də regional layihələrin əsas müəllifidir. Zəngəzur dəhlizi ideyasından tutmuş enerji və nəqliyyat marşrutlarına qədər bütün proseslər göstərir ki, Azərbaycanın sözü regionun gələcəyini müəyyən edən əsas faktora çevrilib".

Tarixdə elə məqamlar olur ki, bir xalqın taleyi dəyişir. 44 günlük Vətən müharibəsi məhz belə bir dönüş nöqtəsi oldu:

"Bu Zəfər Azərbaycan xalqının milli qürurunu bərpa etdi, dövlətin gücünü dünyaya nümayiş etdirdi və sübut etdi ki, milli birlik olan yerdə heç bir işğal əbədi qala bilməz. Bu gün artıq regionun siyasi xəritəsini qalib Azərbaycan müəyyən edir və bu həqiqəti qəbul etməyənlər gec-tez zamanın dəyişən hökmü qarşısında geri çəkilməyə məcbur olacaqlar" - o sonda qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri