Icma.az
close
up
RU
Xeyirxahlığımız endorfinimiz olsun!

Xeyirxahlığımız endorfinimiz olsun!

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətanət Məmmədova

Müxtəlif maraqlar axtarışında olan insanlar var, bunu hər kəs yaxşı bilir. Həm də bu adamlar əsasən kasıb təbəqənin deyil, varlı təbəqənin nümayəndələridir. Onlar üçün dünyanın ən yüksək zirvəsinə qalxmağa çalışır, dünyanın ən böyük meşəsində gəzməyi planlaşdırır, dənizin dibinə enib köpəkbalıqları ilə fotolar çəkdirib paylaşmağı qarşısına məqsəd qoyur, buzlaqlara üz tutur, göyün yeddinci qatında olmağa can atır, dünyanın ən bahalı gəlinliyini geyinməyə çalışır, ən bahalı qol saatına sahib olmaq istəyir və sair...

Bütün bunlar üçün isə, necə deyərlər, elə dünyanın pulunu xərcləyir. Nədir, nədir ki, bir dəqiqə hər hansı yüksəklikdə, dənizin dibində köpəkbalıqları ilə birlikdə olum, buzlaqlarda fotolar çəkdirim, dünyanın ən bahalı paltarını mən geyinim və sair bunun kimi yüzlərlə iddiada olanlar var. Bəs burada məqsəd nədir? Təbii ki, endorfin tapmaq, özünü xoşbəxt hiss etmək...

Lakin həyat göstərir, hətta sübut edir ki, endorfin üçün əslində insan özünə bu qədər əziyyət verməyə də bilər. Hətta həyatını da təhlükə ilə üz-üzə qoymaya bilər. Məsələn, dənizin dibinə qəfəsdə enib köpəkbalığı görmək istəyən adama heç kim zəmanət verə bilməz ki, oradan sağ-salamat çıxacaq. Çünki köpəkbalıqları dəmir qəfəsləri belə bir anda dağıtmaq gücünə malikdirlər. Bu, bir şans məsələsi, alın yazısı ola bilər ki, sən köpəkbalığını görüb, onunla foto çəkdirib və endorfin alıb oradan salamat qurtara biləsən.

Və yaxud da hər hansı yüksəklikdən sağ-salamat aşağıya enməyin, hər hansı buzlaqdan yaşadığın yerə yenidən salamat qayıtmağın özü də müəmmalı məsələdir. Aldığın endorfinlə həyatına davam da edə bilərsən, həmin endorfinlə suyun altına, dünyanın ən yüksək zirvəsinə gömülə, buzlaqda donub buz adam da ola bilərsən.

Digər tərəfdən, dünyanın ən bahalı gəlinliyi, paltarı, qol saatı, düzdür, insana endorfin bəxş edə bilər, lakin onlara bu qədər pul xərcləməyə dəyərmi, bax bunu düşünmək üçün beyin və ürək olmalıdır.

Bütün bunları dərindən analiz edəndən sonra belə bir qənaətə gəlmək olur ki, fərqli maraqlar axtaran, bunun üçün uzaqlara gedən və həyatı üçün təhlükə yaradan adamlar üçün əslində çox yaxınlıqda, həm də təhlükəsiz şəraitdə yüksək endorfin mənbəyi var. Endorfin üçün yol qət etmək, küllü miqdarda pul xərcləməyə gərək yoxdur. Alimlər də təsdiqləyir ki, insan ən çox endorfini xehirxahlıqla alır. Xeyirxah əməllərlə məşğul olmaq, insanlara yardım etmək, onları düşdüyü çətin vəziyyətdən xilas etmək, hər hansı xəstəni ölüm yatağından qurtarmaq, kimə isə yardım etmək xeyirxahlıq, həm də insanların axtarışında olduğu ən yüksək səviyyədə endorfindir.

Xeyirxah olmaq üçünsə böyük ürəyə sahib olmaq lazımdır. Elə bir ürəyə ki, o ürək başqalarına rəhm edə bilsin. O ürək ki, lazımsız, gərəksiz yerlərə xərclənən milyonlarla pulu vacib yerlərə xərcləməyi duya bilsin. Belə insanlar həm də çox uzun ömür sürürlər. Çünki gördükləri hər bir xeyirxah iş onlara davamlı şəkildə endorfin bəxş edir və bunun da sayəsində məmnunluq hissi yaranır, stresdən kənar olur, gördükləri xeyirxah işdən zövq alırlar. Təbii ki, bütün bunlar insanın ömrünü uzadır.

Belə isə xeyirxahlıq etməyi bacaraq. Kimin əlində nə qədər imkan varsa, o imkan çərçivəsində xeyirxahlıq etsin. Xeyirxahlıq endorfin mənbəyidir. Bunun üçün əlbəttə uzağa, təhlükələrə getmək lazım deyil. Sadəcə xeyirxah ol, yetər. Kiminsə həyatını xilas et, kimisə sevindir, həm də endorfin əldə et. Bundan gözəl nə ola bilər ki?..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri