Azərbaycanın dövlət borcu ÜDM in 17,3 faizini təşkil edir HİCRAN HÜSEYNOVA
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan qlobal iqtisadi qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda iqtisadi dayanıqlığını qoruyub saxlayır. Ölkənin aşağı xarici borc göstəricisi, Dövlət Neft Fondunun əhəmiyyətli valyuta aktivləri və ehtiyatlı maliyyə idarəçiliyi iqtisadi təhlükəsizliyin əsas təminatlarıdır. Bu amillər Azərbaycanın beynəlxalq investorlar üçün cəlbediciliyini də artırır.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Komitə sədri qeyd edib ki, dünyada baş verən geosiyasi proseslər, müharibələr, ticarət və logistika sahəsində yaranan məhdudiyyətlər qlobal iqtisadi müstəvidə qeyri-müəyyənliyi daha da artırıb. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün dövlət siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürüdən etibarlı tərəfdaş və regional lider kimi mövqeyi möhkəmlənib. Ölkənin artan iqtisadi gücü və fəal diplomatiyası dünya dövlətlərinin Azərbaycana olan hörmətini daha da artırıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir.
Hicran Hüseynova bildirib ki, 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, dövlət borcunun ümumi daxili məhsula nisbəti 17,3 faiz təşkil edib. Bu göstərici beynəlxalq təhlükəsizlik həddi hesab edilən 30 faizdən xeyli aşağıdır.
Komitə sədri vurğulayıb ki, aşağı borc yükü ölkənin iqtisadi müstəqilliyini gücləndirir, xarici maliyyə bazarlarında yarana biləcək risklərdən qorunmasına kömək edir. Beynəlxalq reytinq agentlikləri də Azərbaycanın suveren kredit reytinqini və iqtisadi dayanıqlığını sabit, investisiya reytinqləri çərçivəsində qiymətləndirirlər.
O qeyd edib ki, dövlət büdcəsi yalnız qarşıdakı maliyyə ili üçün gəlir və xərcləri müəyyənləşdirən sənəd deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Bu baxımdan büdcə xərclərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu, pensiya təminatı sisteminin dayanıqlılığı, demoqrafik proseslər və iqlim dəyişikliklərinin dövlət maliyyəsinə təsiri xüsusi diqqət tələb edir.
Hicran Hüseynova əlavə edib ki, qlobal çağırışların artdığı indiki dövrdə təhlükəsizlik, xüsusilə kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və süni intellekt məsələləri də aktuallığını artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















