Artıq xəstələrin xaricə getməsinə ehtiyac qalmayacaq”
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev ölkədə sümük iliyi transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayının artırılması ilə bağlı tapşırıq verib.
Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı ilə bağlı brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi ilə müqavilə imzalayan müəssisələrdə bu tip əməliyyatlar icra olunacaq.
"Bir müddət əvvəl xəstələr müalicə üçün xaricə üz tutmalı olurdu və geri qayıtdıqdan sonra həkimlə əlaqə saxlamaq zərurəti yaranarsa, yenidən səfər etməyə məcbur qalırdılar ki, bu da ciddi çətinlik yaradırdı. Yeni mərkəzin yaradılması nəticəsində artıq xəstələrin xaricə getməsinə ehtiyac qalmayacaq".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 20 Noyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















