Icma.az
close
up
RU
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır AKTUAL

Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır AKTUAL

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük postunun açılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb. Milli.Az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı körpü" gömrük postunun açıldığını iddia edib. 

Lakin bu da məlumdur ki, Azərbaycanın quru sərhədləri COVİD-19 pandemiyası elan edilən vaxtdan (2020-ci il) tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hələ də bağlıdır. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb. Belə şəraitdə quru sərhəddi açıq ola bilərmi? Mənbə bildirir ki, gömrük postunun vətəndaşların keçidi üçün açılması  Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkündür, lakin belə bir qərar hələ ki yoxdur. Amma ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə heç bir qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur.

Bu arada Gürcüstan Türk Dövlətləri Təşkilatına üzv ölkələrə ortaq layihələrin həyata keçirilməsini təklif edib. Bu təkliflə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Siçinava Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib. O qeyd edib ki, təklif olunan layihələrə ortaq sərhəd-keçid məntəqələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi, eləcə də tranzitin asanlaşdırılması daxildir. Departament rəhbəri bildirib ki, xüsusilə Gürcüstan yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulduqdan sonra bu təşəbbüslərin əhəmiyyəti daha da artacaq. Z.Siçinava əlavə edib ki, bu il TDT-yə üzv ölkələr üçün əsas prioritet gömrük vasitəsilə effektivlik, rifah və təhlükəsizliyin təmin edilməsidir. Bu üç əsas istiqamət üzrə işlər davam etdirilməlidir. 

Gürcüstanın belə bir təklif irəli sürməsi quru sərhədlərin yaxın zamanda açılacağına dair ümidləri artırır. Xüsusən də nəzərə alsaq ki, quru sərhədlərin bağlı qalmasından məhz Gürcüstanla tarixi-etnik əlaqələri olan azərbaycanlılar daha çox əziyyət çəkir, Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti rəhbərinin təklifi Azərbaycan üçün daha faydalıdır. Onu da nəzərə alaq ki, Rusiyada əməkçi miqrant olaraq çalışmış soydaşlarımızın hazırda Vətənə geri qayıtmasına məhz quru sərhədlərin qapalı olması böyük əngəl yaratmaqdadır. Rusiya hökuməti tərəfindən miqrasiya qaydalarının sərtləşməsindən sonra Azərbaycana qayıtmaq məcburiyyətində olan soydaşlarımızın hazırda Mahaçqalada polis məntəqəsində saxlandığı barədə məlumatlar da var. Rusiya ərazisini tərk etmələri tələb olunan, lakin Azərbaycan ərazisinə də keçə bilməyən soydaşlarımız çıxılmaz vəziyyətlə üzləşib. Problemin həlli üçün təkliflər səslənsə də, hələ ki nəticə görünmür. 


İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, quru sərhədlərin artıq beşinci ildir bağlı qalması həm ölkə iqtisadiyyatına ziyan vurur, həm də vətəndaşların gündəlik həyatına: 


- Məlumdur ki, Gürcüstanın Bolnisi, Qardabani, Marneuli bölgələrində minlərlə soydaşımız doğma dədə-baba yurdunda yaşamaqdadır. Elə ailələr var ki, Azərbaycanla, Bakı ilə sıx əlaqələri var. Ailə üzvləri burada yaşayır, sıx gediş-gəlişləri olub pandemiyadan öncə, ticarət əlaqələri olub. Gürcüstandan “Qırmızı körpü” postuna, oradan da Qazax, Ağstafa, Tovuz, Şəmkir... və sair bölgələrimizə ticarət malları gətirilirdi, insanlar qazanc əldə edirdilər. Bundan əlavə dövlət özü də iqtisadi ticari əlaqələrdən gəlir əldə edirdi, turizmin inkişafına münbit şərait yaranırdı. Əlbəttə, karantin rejiminin qaydalarına əməl edilməlidir, dövlət təhlükəsizliyi də sözsüz ki, önəmlidir. Regionda baş verən hadisələr bunu zərurətə çevirir. Lakin hansısa formada insanlar üçün gediş-gəliş imkanı yaratmaq da olar. Nəhayət ki, belə bir imkan yaradılmalıdır. Elə vətəndaşlarımız var, ailə üzvünün, yaxın qohumunun nə yasında iştirak edə bilir, nə toy məclisində. Anasını, atasını da görə bilmir, görüşə bilmir. Hesab edirəm ki, qohumluq əlaqələri olanlar üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Qısa da olsa müddət qoyulmaqla, yəni Gürcüstan ərazisində qalmaq müddəti, Gürcüstan sərhədini quru yolla keçmələrinə icazə verilə bilər. 


F.İbrahimov hazırda Rusiya-Azərbaycan sərhədində qalan soydaşlarımızın da Vətənə dönmələri üçün addımlar atılmalı olduğunu dedi: 


- Burada çətin bir iş yoxdur, məncə. Xüsusi reyslər təşkil edilə bilər, ya təyyarə, ya da quru yolla avtobuslarla. Necə ki, Türkiyədən Naxçıvana quru yolları açıqdır, bunu Rusiya-Azərbaycan sərhədində də müvəqqəti də olsa, etmək mümkündür. Biz soydaşlarımızı bu çıxılmaz vəziyyətdən qurtarmalıyıq. 

F.İbrahimov onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması quru sərhədlər problemini həll edə bilər: 

- İnanıram ki, Zəngəzur dəhlizinin açılması ilə quru sərhədlər problemi də həllini tapacaq. Arzu edək ki, bu məsələ tezliklə həllini tapsın və yaxşı bir presedent olaraq problemin həllinə kömək etsin. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2025 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri