Icma.az
close
up
RU
Artur Rasizadəyə nə olub?

Artur Rasizadəyə nə olub?

Icma.az, Pravd.az-ə istinadən məlumat verir Artur Rasizadəyə nə olub?.

Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətilə bağlı xəbər yayılıb.

Pravda.az bildirir ki, Modern.az-ın Artur Rasizadə ilə Nazirlər Kabinetində işləmiş eks-məmurdan əldə etdiyimiz məlumata görə, keçmiş baş nazir bu günlərdə xəstələnib və hətta səhhəti pisləşdiyinə görə müalicə üçün xarici ölkəyə də səfər edib. Onun artıq ölkəyə qayıtdığı bildirilib.

Əməkdaşımız Artur Rasizadənin yaxınları ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Xatırladaq ki, bir neçə gündən sonra – fevralın 26-da Artur Rasizadə yubileyini qeyd edəcək – onun 90 yaşı tamam olur.

Artur Rasizadə Azərbaycanın Baş naziri postunda düz 22 il çalışıb.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur. A.Rasizadənin anası milliyətçə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella…

Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust – noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı – qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see135

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see130

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see124

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see123

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see122

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see120

ÇL: Bayern Münhen Şotlandiyada sevindi, Milan məğlub oldu

13 Fevral 2025 02:28see116

Jorje Jezuş: “Salahı “Əl Hilal”da görmək istəyərəm”

12 Fevral 2025 23:19see116

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

12 Fevral 2025 21:44see116

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see114

Qoyun ətinin faydalı təsirləri

12 Fevral 2025 19:22see114

Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib

12 Fevral 2025 21:55see111

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

13 Fevral 2025 12:16see110

Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb

13 Fevral 2025 03:23see109

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

13 Fevral 2025 00:47see109

Zelenski Poroşenkoya qarşı sanksiyaları şərh etdi

13 Fevral 2025 00:54see108

Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir

12 Fevral 2025 20:11see108

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

13 Fevral 2025 12:15see107

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib

12 Fevral 2025 18:20see107

Yeni əməkdaşlıq perspektivi...

13 Fevral 2025 09:55see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri