Icma.az
close
up
RU
“Arvad qapazı yeyənlərin məsləhəti ilə çox uzağa getmək mümkün deyil...”

“Arvad qapazı yeyənlərin məsləhəti ilə çox uzağa getmək mümkün deyil...”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən Paşinyanı bəh-bəhlə öyənlər, onu yarızarafat - yarıgerçək “tam bizim adamdır” səviyyəsinə qədər yüksəldənlər əsla və əsla bir həqiqəti unutmasınlar: “Soros” fiaskoya uğrayandan sonra kimin adamına çevrilib - orasını deyə bilmərəm. Amma, bizim adam deyil - burası dəqiqdir!

Paşinyan elə həmin Paşinyandır: Vaxtilə Cıdır düzündə Makronla yallı gedən Paşinyan. Xankəndidəki ən böyük inzibati binanı qondarma qurumun Parlamentinə çevirmək istəyən Paşinyan. Müharibədən öncə qıcığın maksimumunu yaradan Paşinyan. Təhrikçi Paşinyan.

Sadəcə indi situasiya fərqlidir deyə, mümkün şərtlər üzərindən danışır. Vəssalam. Başqa dəyişən nəsə yoxdur.

Deyirlər, loyaldır, mülayimdir.

Məşhur lətifənin təbirincə desək, mülayim olmayıb nə edəcək?! Başqa alternativimi var?

Bəli, Paşinyanın Köçəryan və Sarkisyan kimi cəlladlarla müqayisədə əsas üstünlüyü odur ki, reallığı daha yaxşı dərk edir və eyniadlı səbəbdən də bəzi mövzulara yanaşması daha praqmatikdir. Fəqət, məlum reallığın dərkindən doğan başqa bir məqam və ya məhkumiyyət də var: Bığ və saqqal məsələsi. Yəni Paşinyan gözəl anlayır ki, sülh müqaviləsini təcili imzalasa, daxildə böyük bir klanın təzyiqi ilə üzləşəcək və bu onun hakimiyyəti üçün ciddi təhlükədir. Eyni zamanda imzalamasa, Azərbaycanın səbrini daşıracaq və...nəhayətində çox ciddi problemlərlə qarşılaşacaq.

Ona görə ortalıqda girinc qalıb. Nala-mıxa vurur. Halbuki, Konstitusiyaya edilməli olan dəyişiklik Paşinyanın müharibədən dərhal sonra qatıldığı seçkilərdən daha təhlükəli deyil və buna çoxdan gedilməli idi. Amma Ermənistanın Baş naziri hələ düşünür, qərar vermir, risk etmir, özündə kordinal addımlar atmaq üçün təpər tapa bilmir.

Ərazi iddiası rəsmi sənəddə mövcudluğunu saxlaya – saxlaya sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilərmi? Təbii, yox! Hətta 31 il öncə imzalanan “Bişkek protokolu” belə işğal faktını təsbitləyirdisə, Ermənistanın özü belə uzun illər boyunca qondarma rejimin müstəqilliyini tanımayıbsa, Qarabağın Azərbaycana aid oması Paşinyanın dilindən belə dəfələrlə səslənibsə, o zaman həmin maddələrin ana qanunda saxlanılmasına nə hacət var?! Ortalığa iradə qoy, referendum keçir, qurtarsın getsin də. Nəyi, kimi gözləyirsən?!

Təbii, anlaşılandır, mane olanlar var. Amma qoyma da mane olsunlar. İmkan vermə də, Makron “ağıllı-ağıllı” məsləhətlərini, tövsiyələrini sıralasın. Şərait yaratma da, Avropanın qan çanaqlarına, müharibə azarkeşlərinə. Ki, səndən istifadə eləsin, səndən bəhrələnsin, səndən ikinci Zelenski düzəltsin.

***

O gün siyasi partiyalarla bərabər Laçına getmişdik. Təsəvvür edin, sərhəd boyunca iki fərqli dünya sezilir. Bir tərəfdə yeni çəkilən yollar, tunellər, tikilən binalar, hotellər, restoranlar var. Digər tərəfdə isə həmin inkişafa doğru marıtlanan gözlər və erməni sərhədçilərin sözlə ifadəsı mümkün olmayan baxışları.

Qorxularından hər yerə erməni bayrağı asıblar. Ki, bir az da irəli gəlməyin ha, buralar bizlikdir.

Çox nigarandırlar... Və həmin nigaranlığı doğuran ən böyük səbəb qeyri-müəyyənlikdir!

***

10 noyabr razılaşmasına tam əməl etmədiyinə görə Ermənistan son 5 il müddətində çox şey itirib. Təxminən, Qarabağ məğlubiyyətinə bərabər səviyyədə - çox şey! Hərgah, dəhlizi zamanında açsaydı, mina xəritələrini vaxtında versəydi, növbəti təxribatlara imza atmasaydı, Qarabağda yaşayan vətəndaşlarını apar-topar geri çağırmasaydı, Fransanın, digər dövlətlərin sözü ilə oturub-durmasaydı, indi vəziyyət tam fərqli trayektoriya, xarakter alardı.

Və əgər Paşinyan bu günün özündə də sülh müqaviləsini ləngitməklə nəsə əldə edəcəyini, qarşı tərəfi narahat qoyacağını düşünürsə, yenə yanılır. Üstəlik, kökündən yanılır. Çün, Azərbaycan bütün durumların qalibidir və məlum vəziyyət bəlkə də ən çox bizim işimizə yarayır. O anlamda ki, günbəgün, aybaay daha böyük siyasi mövqelərə sahiblənirik, müqavilədə əks olunacaq şərtlərin, güzəştlərin daha artığına qovuşuruq, qarşı tərəfi daha çox gərginlik içində saxlayırıq.

Bəli, sülh şərtdir, vacibatdır, gərəklidir. Fəqət, onun yoxluğu da dünyanın axırı deyil.

Eyni zamanda, ən gözəl sülh – kimsənin qarışmadığı və kənardan müdaxilə edilməyən sülhdür.

Ayrıca...mən müdaxilə deyərkən prosesə barışdırıcı yöndən, tərəfdən yanaşanları deyil, heç gərəkmədik halda burunlarını hər yerə soxanları, vəziyyəti bilərəkdən qəlizləşdirənləri nəzərdə tuturam və bu əsnada içdən sülh istəyənlərin, ortalığa əsl kişi möveyi qoyanların varlığı da, kimliyi də nəinki bizlər, bütün bəşəriyyət üçün qiymətlidir.

Zira, eynən dediyimtək: Ortalığa əsl kişi mövqeyi qoyanların! Əsl kişi xarakteri sərgiləyənlərin!

Yəni, məlum siyahıya...arvadı tərəfindən döyülənlər daxil deyil və belələri çarə (məlhəm) tapsalar ilk öncə öz başlarına çəkərlər.

Təyyarə trapında qapaz yeyən başlarına...

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri