Icma.az
close
up
RU
Arvadını doğrayıb qalıqlarını külə çevirən hindistanlı sərbəst buraxıldı

Arvadını doğrayıb qalıqlarını külə çevirən hindistanlı sərbəst buraxıldı

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda kişi arvadını öldürdüyünü etiraf etdikdən sonra fakt çatışmazlığı səbəbindən sərbəst buraxılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hyderabaddan (Hindistanın Telangana əyalətinin paytaxtı və ən böyük şəhəri) olan təqaüdçü ordu zabiti, 45 yaşlı Qurumunti həyat yoldaşı, 35 yaşlı Venkata Madhavinin itkin düşməsi ilə bağlı dindirilmə zamanı cinayəti etiraf edib. 

Qadın yanvarın 16-da yoxa çıxıb. Qurumunti əvvəlcə iddia edib ki, həmin gün səhər mübahisədən sonra evdən çıxıb və arvadını bir daha görməyib. Polis küçə kameralarının qeydlərinə baxdıqdan sonra onun yalan danışmasından şübhələnib. Məlum olub ki, Madhavi sonuncu dəfə yanvarın 15-də evə qayıdıb və daha sonra evi tərk etməyib.

Bundan sonra qadının əri hər şeyi etiraf etməli olub. Qurumunti deyib ki, mübahisənin qızğın vaxtında arvadını divara vurub. O, qadının ölüsünü gizlətmək qərarına gəlib. Bunun üçün kişi mətbəx bıçağı ilə arvadını parçalayıb, sonra isə cəsədin parçalarını qaynadıb. Bundan sonra o, qalıqları sobada kül olana qədər saxlayıb. Qurumunti daha sonra qalıqları toz halına çevirərək şəhərin Mirpat gölünə atıb. 

Polis qadının qalıqlarını və ya digər birbaşa sübut tapmadığı üçün kişini həbsdə saxlaya bilməyib. Məhkəmə ekspertləri analiz üçün şübhəlinin mənzilindən bıçaq və digər əşyalarıgötürüblər.

Cütlük 13 il evli olub.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri