Icma.az
close
up
RU
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR

Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən A.Qənbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, A.Qənbərov 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019-cu ilin noyabr ayının sonlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Xaçmaz rayonu ərazisində kirayədə yaşadıqları istintaqa məlum olmayan ayrı-ayrı ünvanlarda heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq arvadı, zərərçəkmiş N.N.-in (ad, soyadı şərtidir) bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vuraraq, ona güclü fiziki ağrılar və psixi iztirablar verib.

2023-cü ilin oktyabr ayının sonlarında qadın ərindən ayrılıb ata evində yaşamağa başlayıb. Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə qadının yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində yerləşən evə gəlib. O, N.N-i, habelə qadının atası, anası və qardaşının iradəsi ziddinə mənzilə daxil olaraq birgə nikahdan olan azyaşlı uşaqlarının axşam saatlarında parkda olmalarını bəhanə edib. Sonra A.Qənbərov evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq ora qanunsuz daxil olub övladlarının gözləri qarşısında arvadını təhqir edib qəsdən yumruqla onun başına zərbə vuraraq yerə yıxıb. Daha sonra təqsirləndirilən şəxs arvadının çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub.

Beləliklə, A.Qənbərov arvadına güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib, habelə zor tətbiq etməklə qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olub.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə,  işgəncə verməklə törədildikdə) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Məhkum Cinayət Məəclləsinin 128 və 157.2-ci (mənzil toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestinin təmin edilməməsini qərara alıb. Daha sonra qərarından dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 May 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see276

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see235

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see170

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see132

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see120

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see120

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see119

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see119

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see114

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Rubio etiraf edir...

21 May 2025 19:47see113

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri