Icma.az
close
up
RU
Arvadının başına pult vurdu deyə 7 ay azadlıqdan məhrum etdilər

Arvadının başına pult vurdu deyə 7 ay azadlıqdan məhrum etdilər

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Tahir qeyri-rəsmi münasibətdə olduğu Kəmaləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 15-də baş verib. Gədəbəy rayon sakini Tahir həmin gün saat 00:30-da yaşadıqları evin qonaq otağında qeyri-rəsmi həyat yoldaşı Kəmalə ilə mübahisə edib. 
Onların arasında mübahisənin başlanmasına səbəb isə Kəmalənin nalayiq ifadələr işlətməsi olub. Bu səbəbdən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı Tahir masanın üzərində olan televizor pultunu əlinə götürərək bir dəfə Kəmalənin baş nahiyəsindən vurub. 
Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 25 il öncə Kəmalə ilə qeyri-rəsmi ailə həyatı qurublar, onların üç övladı olub: “Aramızda son zamanlar mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr baş verib. Qızım Səbinənin artıq bir neçə müddətdir ki ailəsində problem olduğu üçün bizdə evində yaşayıb. Hadisədən əvvəl qızımın əri Namiq gələrək Səbinəni öz evlərinə apardı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 00:30 radələrində yaşadıqları evin qonaq otağında olarkən Namiqin Səbinəni apardığı üçün Kəmaləyə öz iradlarını bildirməyə başlayıb:
“Əsəbimdən otağın qapısına yumruq vurdum. Bu zaman Kəmalənin nalayiq ifadələr işlətdiyini eşitdim. Qəzəblənərək masanın üzərində olan televizor pultunu götürdüm və onun baş nahiyəsindən həmin pultla bir dəfə zərbə vurdum. Sonra isə evdən getdim. Həmin vaxtdan sonra rayonda yaşamağa başlamışam. Mənim iki barmağım yoxdur, əlimdə infeksiya yarandığı üçün Türkiyəyə müalicəyə getmişəm. Qayıdarkən məni hava limanında tutdular”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tahir 7 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri