Icma.az
close
up
RU
Arxeologiya və Antropologiya İnstitutunda Almaniya şirkətinin nümayəndələri ilə görüş olub

Arxeologiya və Antropologiya İnstitutunda Almaniya şirkətinin nümayəndələri ilə görüş olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev elmi yenilikləri ilə dünyada məşhur olan Almaniyanın “Carl Zeiss” şirkətinin nümayəndələri ilə görüşüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Fərhad Quliyev qonaqlarla görüşdə “Carl Zeiss” şirkəti ilə əməkdaşlığın ümumilikdə Azərbaycan elmi üçün əhəmiyyətini vurğulayıb. Şirkətin satış üzrə vitse-prezidenti Jose Novoa öz növbəsində qədim tarixə malik Azərbaycanda şirkətin nümayəndəliyinin yaradılmasını böyük uğur kimi dəyərləndirib və azərbaycanlı partnyorlarla əməkdaşlığın böyük perspektivlərindən söz açıb. Bildirilib ki, şirkət 179 ildir mövcuddur. Onun partnyorları sırasında 90 illik tarixə malik olanları da var. Bu gün “Carl Zeiss” şirkəti yüzlərlə çeşiddə məhsul istehsal edir ki, onların sırasında kosmik tədqiqatlardan tutmuş mikro və nanomiqyaslı texnologiyalarda istifadə olunan müxtəlif çeşidli yüksəkkeyfiyyətli cihazlar var. Şirkət təkcə yüksək keyfiyyətli optik məhsulun istehsalı ilə kifayətlənmir. “Carl Zeiss” elmi tədqiqatları, innovasiyaları dəstəkləyir, onun elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir, şirkətin təsiri faktiki fundamental elmin və praktiki texnologiyaların bir çox sahəsinə yayılıb. Buna görə də artıq müasir elmi və texnoloji məkanda “Zeiss dünyası” adlı anlayış bərqərar olub. Yüksək texnologiyalar üzərində öz fəaliyyətini kökləmiş transmilli korporasiyalardan başlayaraq adi istifadəçiyə qədər “Zeiss dünyası”nın nailiyyətlərindən faydalanır.

F.Quliyev bildirib ki, hazırda Azərbaycan arxeologiyası müasir dünyanın çağırışlarına cavab verən standartlar üzrə yenidən qurulmaqdadır. Əvvəlki təsviri arxeologiya öz yerini multidisiplinar, rəqəmsal arxeologiyaya verməkdədir. Yeniliklər Azərbaycanda bütün elmi-tədqiqat və təhsil sahələrini əhatə etməkdədir. Sözsüz ki, belə bir dönəmdə “Carl Zeiss” şirkətinin məhsullarına da böyük ehtiyac var. O, şirkət və institut arasında əməkdaşlıq üçün bir sıra təkliflər verib. Bildirib ki, ilk növbədə, şirkət arxeologiya sahəsində istifadə edilən məhsulları ilə tanışlıq üçün institutun kollektivinə xüsusi seminar keçirməlidir. Yüksək texnoloji məhsullar barədə institut yetərli məlumatlanmalı, təklif edilən məhsullar və xidmətlər içərisində seçimini etməlidir. Digər əməkdaşlıq aspekti isə əldə ediləcək cihazlardan istifadə üçün şirkət tərəfindən institut əməkdaşlarının ixtisas təcrübəsi ilə təmin edilməsidir.

Fikir mübadiləsi şəraitində keçən görüşdə gələcəkdə tərəflər üçün faydalı olacaq əməkdaşlığın müxtəlif aspektlərinə də toxunulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri