Icma.az
close
up
RU
Arxeologiya və Antropologiya İnstitutunda Zəngəzurla bağlı bir sıra kitablar hazırlanıb

Arxeologiya və Antropologiya İnstitutunda Zəngəzurla bağlı bir sıra kitablar hazırlanıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunmuş “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, direktor çıxışında tədbir çərçivəsində AMEA tərəfindən son illərdə Zəngəzurla bağlı aparılmış ciddi elmi tədqiqatlar və mühüm nəticələrin təqdim olunduğunu bildirib. Qeyd edib ki, bu nəşrlərin hər biri oxucuların bilik dairəsini genişləndirəcək, elmi mühitin inkişafına töhfə verəcək. Zəngəzurun elmi mənzərəsini zənginləşdirən bu əsərlər həm elmi ictimaiyyət, həm də geniş oxucu auditoriyası üçün dəyərli mənbələrdir.

Fərhad Quliyev qeyd edib ki, hazırda AMEA-da yeniləşmə və gəncləşmə prosesi davam edir, tədqiqatlar AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında müasir dövrün çağırışlarına uyğun şəkildə həyata keçirilir. Bu baxımdan, Arxeologiya və Antropologiya İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri də arxeologiya və antropologiyanın təsisat və təşkilati səviyyədə məhz həmin yeniləşmə prosesinə uyğunlaşdırılması, elmi fəaliyyətin müasir tələblər əsasında qurulmasıdır.

O, rəhbərlik etdiyi institut tərəfindən son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı arxeoloji tədqiqatlardan da söz açıb. Direktor Ağdam, Füzuli, Cəbrayıl, Xocalı və Şuşada xalqımızın maddi irsinin, abidələrinin monitorinqi və arxeoloji qazıntılarla tədqiqi istiqamətində görülən işləri diqqətə çatdırıb.

“Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tarixi və arxeoloji irsinin öyrənilməsinə dair bir sıra kitablar hazırlanıb. Bu nəşrlər Zəngəzurun mədəni-etnoqrafik mənzərəsini elmi şəkildə canlandırır”, - deyə Fərhad Quliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri