Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Troya müharibəsinin sonu və müasir dünyada müharibə tonqallarının söndürülməsi

Qədim heykəllər həm də tarixi hadisələrə işıq salması ilə seçilir. Vatikanda tikinti işləri aparılarkən, Müqəddəs Pyotr kilsəsinin inşası üçün bünövrə çuxuru qazılanda, orada tapılan və yunanların yaratdığı "Laokoon" heykəl kompleksi hətta dahi Mikelancelonu da heyrətə salmışdı.

Heykəlin təsvir etdiyi hadisə Homerin "İliada" əsərində təsvir olunmuşdur. Mikena çarı Aqamemnon Yunanıstanın şəhər-dövlətlərinin ittifaqını yaradaraq, Troya şahzadəsi Parisin Yelenanı götürüb qaçmasından yaranan təhqir bəhanəsi ilə həmin şəhər-dövlətə hücum təşkil etmişdi. Axı Yelena onun qardaşı, Sparta çarı Menelayın arvadı idi. Müharibə on il idi ki, davam edirdi, əslində onu allahlar idarə edirdi. Gah bir, gah digər tərəfə üstünlük verildiyindən, müharibə uzanırdı. Bu, yunan əsgərlərini də cana doydurmuşdu, allahların özünü də artıq müharibə yormuşdu. Bu vaxt hiyləgər Odissey (Uliss) ağac materialından iri at müqəvvası düzəldib, onu troyalılara hədiyyə kimi verməyi təklif etdi. Atın qarnında gizlənən yunan əsgərləri gecə oradan çıxıb, şəhərin qapısını açmaqla, yunan ordusunu şəhərə buraxmalı, Troya tutulmalı və dağıdılmalı idi. Troyalılar bu məkrə aldanıb, hədiyyəni qəbul etmək qərarını verdilər. Yeganə etiraz edən kahin Laokoon idi. Allahlara Odisseyin icadı xoş gəldiyindən, çünki müharibə yunanların xeyrinə başa çata bilərdi, Laokoonu cəzalandırmaq istədilər. Göndərdikləri ilan təkcə kahinin özünü deyil, iki oğlunu da sancıb zəhəri ilə öldürdü.

Heykəl kompleksində aqoniya şəraitində olan Laokoonun və oğlanlarının sifətində dəhşətli ağrı, təlaş və həyəcan əks olunurdu. Florensiyanın Uffitsi qalereyasında saxlanan, romalılar tərəfindən kopiyası çıxardılan heykəltaraşlıq əsərində bu ağır hisslər aydın gözə çarpır.

Müasir dünyada da böyük iqtisadi və hərbi gücə malik olan yeganə fövqəldövlətin yeni başçısı, bu mühüm vəzifədə olduğu cəmi altı ay ərzində yunan allahlarını təqlid edərək, müharibə alovunu söndürmək vəzifəsini öz üzərinə götürmüşdür və buna əsasən nail olur. Dünyanın üç guşəsində - Hindistan subkontinentində, Yaxın Şərqdə qısa müddətli müharibələrə, Afrikanın cənubunda isə uzun müddətli müharibəyə o, son qoya bilmişdi. Pakistan və Hindistan arasında müharibə qızışsa, müddətcə uzansa, hər iki dövlət nüvə silahına malik olduğuna görə, bu, ağır fəlakətə gətirib çıxara bilərdi. ABŞ lideri müharibənin davamına imkan verməyib, onu dayandırdı. İsraillə İran arasında müharibə 12 gün davam etdikdən sonra, Amerikanın İrana qarşı ağır hərbi müdaxiləsi ilə bu qarşılıqlı raket atəşini və birtərəfli aviasiya bombardmanını da dayandırmaq mümkün oldu. Afrikada Ruanda və Konqo arasında müharibə 31 il idi ki, davam edirdi, hər iki tərəfdən 8 milyon adam silahlı toqquşmalarda həyatını itirmişdi. ABŞ-ın yeni prezidenti sonu görünməyən bu müharibəyə də son qoymağı bacardı.  Tailandla Kamboca arasında münaqişə böyümədən yatırıldı. Serbiya və Kosovo qarşıdurması müharibənin yenidən başlanmasına səbəb ola bilərdi. ABŞ-ın səyi nəticəsində həmin münaqişəni də yatırtmaq mümkün oldu.

 Xoşbəxtlikdən, ABŞ-ın yeni prezidenti Donald Tramp müharibələrdə gənc əsgərlərin və mülki əhalinin öldürülməsi faktına biganə qala bilmir, bütün imkanlardan - diplomatiyadan və iqtisadi metodları işə salmaq kimi hədələrdən istifadə etməklə, onlara son qoyur və ya başlanmasının qarşısını ala bilir. Mürəkkəb hadisələrin cərəyan etdiyi dünyada buna nail olmaq heç də asan iş deyildir. Ona görə də bütün səylər gözlənilən nəticəni vermir. İsrail HƏMAS-ın hücumuna cavab vermək sahəsində həddi aşaraq, Qəzzədə əsl qırğın siyasətini həyata keçirir. Burada 60 minə qədər ərəb öldürülmüşdür və zolaqda yaşayan əhali sərt aclıqla üzləşmişdir, aclıqdan ölənlərin sayı da artır. ABŞ qırğının qarşısını hələlik ala bilmədiyindən, Qəzzə əhalisinə qida yardımı ilə köməklik göstərir.

 Rusiyanın suveren dövlət olan Ukraynaya geniş miqyaslı təcavüzü ilə başlanan Avropadakı müharibə isə II Dünya müharibəsi müddətinin yarısından artıq bir dövrdə, üç il yarım ərzində davam etsə də, onu yatırtmaq mümkün olmur. Təcavüzə yol verməklə, müharibəni başlayan dövlətə hərbi cəhətdən lazımi sərt cavab verilmədiyindən, iqtisadi məqsədlər vasitəsi ilə onu boğmaq tədbirləri də səmərə vermir. Yunan allahları da ədalətsizlik göstərərək, Troya müharibəsində təcavüzə məruz qalana deyil, təəssüf ki, təcavüzkara kömək etmişdilər. İndi də Olimp allahlarını təqlid edən adam, əksinə, ərazisi işğala məruz qalmış Ukraynaya hərbi kömək göstərilməsinə geniş şərait yaratsa da, təcavüz edənə qarşı heç də əlahiddə qaydada sərtlik göstərmək istəmir, bununla bəlkə də Üçüncü Dünya müharibəsinin başlanması təhlükəsinin reallığa çevrilməsinə imkan verməməyə çalışır. Çünki Rusiyada qızmış başlar Avropanı, əslində bütün dünyanı nüvə silahını işə salmaqla hədələyir. Ruslar əfsanə şəklində inandırılır ki, dünya dağılsa, ruslar cənnətə düşəcəklər, ona görə də sərsəm seçimlə də razılaşmaq olar. Ukraynanın geniş ərazisində müharibənin davam etməsi əlbəttə ki, hər iki tərəfdən gedən canlı qüvvələrin itkisini artırır, həmin ölkənin şəhərləri isə ağır dağıntılara məruz qalır və mülki əhali arasında raket zərbələrindən həlak olanların sayı da artmaqda davam edir.

ABŞ prezidenti Donald Tramp Cənubi Qafqazda, Ermənistan və Azərbaycan arasında, birincinin təcavüzü ilə başlanan və qanlı toqquşmalara səbəb olan 35 illik münaqişənin sona çatdırılmasına da nail oldu. ABŞ prezidentin səyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan uzun danışıqlara son qoyan bir memorandum imzaladlar, bu sənəd sülh müqaviləsinin bağlanacağını sürətləndirməyə kömək edəcəkdir. Sənədin qiymətini, fövqəldövlətin prezidentinin də imzalaması xeyli böyütdü. "Tramp marşrutu" adlanacaq Zəngəzur dəhlizi probleminin uğurlu həlli isə regionda iqtisadi inkişafa geniş yol açacaqdır. Məhz ABŞ liderinin işə qarışması, məsələnin çözülməsinin müxtəlif uydurulmuş bəhanələrlə ləngidilməsinə birdəfəlik son qoydu. Ağ Evdəki üç liderin görüşü bu münaqişəli regionda uzun müddətli sülhün bərqərar olmasına  mökəm şərait yaratdı və digər yararsız vasitəçilərin siyasi oyunlardan kənarlaşdırılmasına  səbəb oldu. Azərbaycan Prezidentinin Vaşinqtona rəsmi işgüzar səfərinin digər uğurlu diplomatik qələbəsi, ABŞ-la Strateji əməkdaşlıq Xartiyası layihəsinin hazırlanmasına başlamaq oldu.

Yenə əvvəlki müharbə probleminin çözülməsi təcrübəsinə, konkret olaraq Laokaoon heykəl kompleksinə gəldikdə, bu qiymətli sənət əsəri dahi heykəltaraş Mikelancelonu da ilhamlandırmışdı.  Lakin o, özü tam başqa bir Bibliya mövzusuna müraciət edərək, iri mərmər parçasından "David"  heykəlini yonmuşdu. Bibliya Davidi cılız çoban oğlan, heykəltaraş Donatello isə alçaqboylu bir adam kimi təsvir etsə də, Mikelancelo sapandından atdığı daşla filistim pəhlivanı nəhəng Qoliafı məhv edən bu yəhudi gəncini insan bədəninin idealı şəklində təsvir etmişdi. Onun əzələləri də, baxışı da coşqun ehtirasdan, düşmənə qalib gəlmək əzmindən xəbər verir. O, təkcə filistimli nəhəngə qalib gəlməmişdi, öz gələcək nəsillərinə də qəhrəmanlıq nümunəsi göstərmişdi. Təəssüf ki, XX əsrin birinci yarısında onun çoxmilyonlu nəsli arasında Hitler və onun nasizmi  timsalında olan müasir və daha iyrənc Qoliafa qarşı yeni kollektiv David vaxtında meydana gəlmədiyindən, dəhşətli Holokostun həyata keçirilməsi mümkün olmuşdu.

Mikelancelonun "David"i isə təkcə öz görünüşü ilə insanlığın iblislər üzərində qalib gələcəyi ümidini yaradırdı. Onun digər bir şedevri Müqəddəs Pyotr kilsəsindəki "Pyeta" heykəl kompleksidir, onda ölən İisusun cəsədini qucağında saxlayan gənc Məryəm ananın heykəltaraşlıq obrazı, ağır dərdə mübtəla olmuş qadının mənəvi əzablarına həsr olunmuş rekviyemi xatırladır. Axı o, Vatikandakı Skistin kapellasının plafonunda da insanın yaranması hadisəsini təsvir edərkən, Adəmə əlini toxundurmaqla ona həyat bəxş edən Allahı da nurani qocanın, saqqallı kişinin obrazında canlandırmışdı.

Yunanların ənənələrə sədaqətinə gəldikdə, onlar öz qədim əcdadlarının bədii və quruculuq irsini unutmamış, onu ustalıqla inkişaf etdirmişdilər. Onların timsalında zamanların əlaqəsi daha aydın görünür.

B.e.ə. V əsrdə strateq Periklin təşəbbüsü ilə Fidinin başçılığı altında Afinanın təpəlik hissəsində yerləşən Akropolda Parfenon kimi arxitektura mükəmməlliyi yaradılmışdı. Məbəd binası sadəliyinə, simmetriyasına, dorik üslublu gözəl sütunlarına görə indiyədək dünya arxitekturası üçün əvəz olunmaz simvol və etalon rolunu oynayır. Burada çox saylı sütunlar binanın ağır damını öz üzərlərində saxlayırdı.

Göydələnlər şəhərləri bəzəyir

Son əsrlərdə isə dünyanın aparıcı dövlətlərində arxitektura daha geniş miqyasda və sürətlə inkişaf etməyə başlamışdır. XX əsrin birinci yarısında Amerika Birləşmiş Ştatlarında göydələn tikililər, binalar meydana gəlmişdi. Nyu-Yorkda Rokfellerlər ailəsi ilk 70 mərtəbəli binanın tikmişdilər. Sonralar burada göydələnlərin sayı yağışdan çıxmış göbələk kimi xeyli çoxalmışdır. "State Emperial building" və "Kraysler" şirkətinin uca binaları şəhəri arxitektura yenilikləri ilə zənginləşdirmişdir. Əsrin sonunda Ümumdünya Ticarət Mərkəzinin 100 mərtəbəli iki binası, onları amerikanlar "Tvin" - "Ekiz" adlandırırdılar,  tikilmişdi və 2001-ci ilin 11 sentyabrında Üsamə ben Ladenin vəhşi vandalları təyyarəni binalara çırpmaqla onları uçurmuş, 3 minə qədər insan tələfatı baş vermişdi. Göydələnlərin rəmzinə çevrilmiş bu unikal binalar terrorizmin basqını ilə bir andaca məhv edilmişdi.

Sonra dünyanın digər şəhərlərində də səmaya ucaldılan binaların sayı çoxalmışdır. Çikaqoda, Kuala-Lumpurda, Honkonqda, Dubayda, Şanxayda, Parisin Defans rayonunda göydələnlər kompleksi meydana gəldi. Lakin bu şəhərlərin heç biri göydələnlərin miriad bolluğuna görə Nyu-Yorkla müqayisə edilə bilməz. Bu şəhəri göydələnlər cəngəlliyi, başqa ağaclardan daha böyük hündürlüyü ilə seçilən sekvoya meşəsi adlandırmaq olar.

Uca binaların tikintisi ideyasının təntənəsinə yəqin ki, XIX əsrin sonunda Parisdə səmanı fəth etməyə çalışan Eyfel qülləsi möhkəm təkan vermişdi. Bu təcrübə əvvəllər mövcud olan ehtiyatlılığı və qorxunu aradan qaldırmış, göydələnlər tikmək dəbi meydana gəlmişdi. Əvvəllər bu sahədəki müəyyən irəliləyişlərə nail olmuş qotika üslubu nümunələri artıq arxada qalmışdı, beton və şüşənin sintezindən göylərə ucalan çox sayda binalar şəhərlərin tanışlıq atributuna çevrilmişdi. Dubaydakı Burc əl-Xəlifə binası 828 metr hündürlüyündə olmaqla, XXI əsrdə yaranmış, 4,5 min əvvəl tikilmiş piramidanın hündürlüyünün şöhrətini də arxada qoymuşdur.  Dubay yarım əsrdən az müddətdə meydana gələn göydələnləri ilə fəxr edə bilər.

Uca binalar şəhərlərdə torpaq qıtlığının qarşısını almaq vəzifəsinə xidmət göstərmişdi. Nisbətən kiçik ərazidə böyük yaşayış sahəsinə malik olan binalar, mənzil probleminin həllində də mühüm rol oynamışdır. Onlar həm də texniki yeniliklərin yaradılması ilə müşayiət olunmuşdur. 20-ci mərtəbədə havanı dəyişmək üçün açılan pəncərələr küləyin sərt təsiri ilə qırıldığından, kondisionerlər kəşf edilmiş və onlar təkcə göydələnlərdəki deyil, tropik ölkələrdəki digər mənzillərin də istidən xilas edilməsində mühüm rol oynamışdır.

Əlbəttə, arxitekturada, tikinti sahəsində yeniliklər sürətlə gedən təkamül dəyişikliklərinin nəticələrindən biri hesab edilməlidir. Ənənəyə bağlılıq da heç də mühafizəçi mövqeyinə çevrilib, keçmişin əsarətinə düşməməlidir. İnsan ağlı və istedadı daim özünü yeniliklərdə daha çox nümayiş etdirir. Lakin hər bir tətbiq olunan yenilik, onun yaradıcısından ciddi məsuliyyət tələb etməklə, təhlükəsizlik qaydalarının da daha ciddi şəkildə həyata keçirilməsinə təminat verməlidir.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see434

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see151

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see143

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see142

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see134

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see122

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri