Icma.az
close
up
RU
Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Yeniliyin bariz nümunəsi olan göydələnlər, onların tikintisində texniki tələblərə ciddi riayət edilməsini irəli sürür. Layihədə, tikintidə, material seçimində kiçik bir səhv ağır nəticələrə, hətta fəlakətə gətirib çıxara bilər. Göydələn yaşayış binası onun mənzillərində daimi və müvəqqəti (otellər nəzərdə tutulur) yaşayan sakinlərə təkcə rahat deyil, həm də tam təhlükəsiz yaşayış şəraiti vəd etməlidir. Bu şərtə əməl edilməməsi faciələrlə nəticələnə bilər.

Amerikalıların Hollivudda çəkdikləri "Cəhənnəm səması" filmi bir 100 mərtəbəli binanın timsalında azacıq səhlənkarlığın, qənaət xatirinə vacib texniki şərtlərin pozulmasının dəhşətli nəticəsinə həsr olunmuşdur. Bir varlı adam tikdirdiyi bu binanın açılışına şəhərin ən nüfuzlu sakinlərinin dəvət etmiş, böyük musiqili ziyafət təşkil etmişdi. Az sonra işıqlar söndü və binada yanğın başlandı. Son mərtəbədə keçirilən mərasimin iştirakçılarını xilas etmək vəzifəsi meydana çıxdı, binada artıq lift işləmirdi, pilləkənlər dağılmışdı, adamlar alov içərisində yana bilərdi. Yalnız helikopterlərin köməyi ilə mərasim iştirakçılarının bir hissəsini oradan köçürmək mümkün oldu. İnsan tələfatı baş verməklə yanaşı, onu tikdirən adama olduqca ağır maddi ziyan dəydi. Lakin bu fəlakət onun öz günahı üzündən baş vermişdi, nəhəng binanın elektrik sistemində layihə üzrə daha yoğun kabellərdən istifadə edilməsi əvəzinə, sifarişçi tikintidə en kəsiyi nisbətən dar olan kabellərdən istifadə edilməsini tələb etmiş və podratçı da onunla razılaşmalı olmuşdu. Binaya elektrik cərəyanı veriləndə, kabellər gərginliyə davam gətirməyərək partlamış və yanğın əmələ gəlmişdi. Qısa müddətdə onu tikdirənin qürur mənbəyi olan göydələn dağıntılar zonasına çevrildi.

Film belə tikintinin aparanlara həyəcan təbili çaldırmaqla, onlarda başlanğıcdan daha ehtiyatlı davranmağı məsləhət görür. Binanın böyük ucalığı onu cəhənnəm məkanına çevirməməlidir. Film həm də yanğın təhlükəsi ilə mübarizənin çətinliyini yada salır və belə qənaəti vurğulayır ki, yalnız yeddi mərtəbədə yanğını söndürmək mümkün olur, ondan hündürlükdə yanğın insanın mübarizə tədbirlərinə tabe olmayıb, özünün dəhşətli fəlakətini yaradır.

Romalıların tətbiq etdikləri innovasiyalara gəldikdə, betonun icadından sonra şüşədən istifadə etmələri də, binaların tikintisində böyük irəliləyiş hesab edilməlidir. Görünür, romalılar yaxşı inşaatçı olmaqla yanaşı, həm də fərasətli ixtiraçılar imişlər, onlar tikinti işini xeyri irəli aparmışdılar.

Şüşə də, metal da geniş yayılan tikinti materialı kimi böyük rol oynamağa başladı. Şüşə olmasaydı, ağırlığı xeyli artan göydələnlər tikintisi mövcud olmazdı. Şüşə təkcə Günəş işığını mənzilin və ya binanın örtülü hissəsinə buraxmaqla kifayətlənməyib, ətrafındakı tikililəri də güzgü kimi özündə əks etdirir. Yeni arxitekturada şüşədən həm də gözəllik amili kimi istifadə olunur.

Təəccüblü görünsə də, şüşədən pəncərəsi olmayan bina da nadir xarakter daşısa da, arxitekturada novatorluq timsalı kimi mövcuddur. Mexikonun, şəhərin kənarındakı Muxtar Universitet kompleksinin ərazisində uca kitabxana binası pəncərəsizdir, çünki xalçaya bürünmüş kimi, onun divarları muallarla bəzənmişdir. Meksikalıların muallara, Dieqo, Orosko, Sikeyros rəssamlıq sənətinə vurğunluğu belə istifadə imkanını da meydana gətirmişdir.

Romalıların ilk olaraq şüşədən istifadə etməsi təcrübəsi, vulkanın püskürməsi nəticəsində məhv olmuş Herkulanum şəhərinin yaşayış evlərində onun geniş tətbiqi, burada aparılan qazıntı işləri vaxtı məlum olmuşdur.

Qədim yunanların yaratdığı ənənə arxitekturada mərmərdən istifadə olunmasına da böyük təsir göstərmişdir. Yunanların və romalıların qədim amfiteatr və teatr binalarında mərmərdən geniş istifadə edilmişdir. Təəssüf ki, bəzi barbar şəhərlilər tikililərin mərmərini və daşını sökərək, öz şəxsi binalarının tikintisində istifadə etmişdilər. Romada zərb-məsələ çevrilmiş "Romanı barbarlar deyil, Barberini ailəsi dağıtmışdır" kəlməsi öz maraqları naminə bəzi adamların vandallıqla məşğul olduqlarından xəbər verir.

Yunan və Roma irsi müasir arxitektura üslubu olan neoklassisizmdə öz əksini tapır. Arxitektorlar bu təcrübədən ustalıqla istifadə edərək, onu xeyli inkişaf etdirmişdilər. Bu, bir daha göstərir ki, qədim irs heç vaxt unudulmur, yaradıcılıq fəaliyyəti üçün geniş üfüqlər açır. Onlar heç də kor-koranə hərəkət etmir, mexaniki qaydada təkrarlamağa yol verməyib, irsdən əxz etdiklərini bir qədər dəyişdirib, müasirləşdirilmiş şəkildə, yenidən həyata gətirirlər.

Diqqət verilsə, müasir göydələnlər Misirdəki qədim piramidaları, stadionlar Romadakı Kolizeyi, Vaşinqtondakı Ağ Ev binası ilə Parfenonu yada salır. Axırıncının təsir gücü çox böyük olduğundan, yeni amerikan milləti dövlətin siyasi quruluşunda Afina demokratiyasından da çox şeyi əxz etdiyini nəzərə alaraq, dövlət dilinin qəbul edilməsində qədim yunan dilinin tətbiqini də mümkün hesab etmişdi. Ölkənin çox da olmayan yeni məskunlarının əsas ünsiyyət vasitəsi isə, onda danışanların çoxluğuna görə ingilis dili idi. Səsvermə hansı dilin - qədim yunan və ya ingilis dilinin seçilməsinə qərar verməli idi. İngilis dili yalnız 2 səs çoxluğu ilə qalib gəlib, dövlət dilinə çevrildi. Nəticə başqa cür olsaydı, yeni müstəqil dövlətin vətəndaşları qədim yunan dilini öyrənib, ondan istifadəyə keçə bilərdi.

Arxitekturaya gəldikdə, amerikanlar neoklassisizmə üstünlük vermək yolunu tutdular. Bu üslub başqa şəhərlərdə də öz təsirli əksini tapdı. Londondakı Bukingem sarayı da neoklassisizmin nümunəsi sayıla bilər.

Son 40-50 il ərzində Çində şəhərlər xeyli böyümüş, onlarda saysız-hesabsız göydələnlər meydana gəlmişdir. Ölkədə yeni şəhərlər də salınmışdır. 1981-ci ildə Honkonq yaxınlığındakı dəniz sahilində iki balıqçı koması olduğu halda, Den Syao-pinin təşəbbüsü ilə burada salınmış şəhərdə 10 sil sonra 2 milyon əhali yaşayırdı. Həmin Şenjen şəhəri həm də ölkədə ilk yeni iqtisadi zona olmaqla yanaşı, öz göydələnləri, 50 mərtəbəli binaları ilə məşhurlaşdı. Sonralar Şanxay şəhərində dənizdən alınan ərazi hesabına böyük göydələnlər rayonu meydana gəldi. Şenjenin yaxınlığındakı Quançjou şəhəri də köhnə libasını dəyişib, çox uca binalar meqapolisinə çevrildi.

Pekin də novatorluq yarışında paytaxt kimi öz nüfuzunu qoruyub saxlayır. 2008-ci ildəki Yay Olimpiya Oyunlarının keçirilməsi üçün əsas stadion kimi "Quş yuvası" adlanan müasir tikinti meydana gəldi. Onun tikinti materiallarının ağırlığı binanı torpağa çökdürsə, bu yenilik dağılıb, məhv ola bilərdi. Sınağın nəticəsi hesablamalara uyğun gəldi və yerə batma müəyyən həddə dayanmaqla, stadionun tikintisini uğurlu etdi. Ona görə də Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri həmin yeni stadionda keçirildi.

Yeni şəhərlər dünyanın digər ölkələrində də meydana gəldi. ABŞ-ın Nevada ştatında, səhra ərazisində təkcə kazinoları ilə deyil, həm də keçmişin arxitektura incilərini yenidən həyata gətirməklə məşhurlaşan gözəl Las Veqas şəhəri yarandı. Braziliyada XX əsrin ikinci yarısında ölkənin paytaxtını Rio de Janeyrodan köçürmək, yeni paytaxt şəhəri tikmək qərara alındı. Məşhur arxitektor Oskar Nimeyerin başçılığı ilə bu Brazilia şəhərinin layihəsi, orada gələcəkdən xəbər verən ictimai binaların yaranması ilə nəticələndi. Bu binalar elə bil ki, kosmik məkanın təzahürlərini təqlid edirdi. Buna təəccüblənmək də düzgün deyildir, axı yunan mədəniyyəti də yeni olmaqla, həm də kosmopolit xarakter daşımışdı.

Müasir arxitekturada bəzi üslub cərəyanları yaradıcılıq nümunəsi kimi futuristik xarakter daşıyır. Bir sıra tikililər öz formatına və quruluşuna görə gələcəyə istiqamətlənmiş baxışın nəticəsi hesab oluna bilər. Brüsseldəki "Atomium" adlı iri metal şarların oxlarla birləşdiyi qəribə tikilidə molekulun quruluşu əks etdirilmişdir. Yaxud Sidneydəki Opera teatrının binası okeanda üzən qədim gəminin yelkənlərinə bənzəyir. Futurustik tikililər öz sələflərindən əsaslı sürətdə fərqlənməklə, arxitekturada tətbiq edilən yeni formalardan xəbər verir.

İdman sarayları böyük həcmlərlə yiyələnməklə, daha böyük tamaşaçı titumu ilə seçilir. Burada tək idman tədbirləri deyil, digər kütləvi mərasimlər də keçirilir. Bakının Olimpiya stadionu istifadəyə verildikdə, Avropa Oyunlarının açılışı və bağlanışına həsr olunmuş tədbirlər əsl nəhəng əsrarəngiz tamaşa xarakteri daşıdı və mərasim öz bədii həllinə görə əsl incəsənət əsəri nümayişinə çevrilmişdi.

Bəzi stadionlar öz bəzək imkanlarına görə, tikintidəki yeni qaydaların tətbiqi ilə əsl sənət əsəri kimi özünü göstərir. Mançesterdəki "Old Trafford" stadionunun içərisindəki tamaşaçı bölmələri olduqca rəngarəngdir, həm də bahalı müşahidə kabinetləri rahatlığı ilə saray xarakteri daşıyır. Pekinin "Quş yuvası" stadionu isə fasadının kənardan görünüşü ilə adının dəqiq seçildiyini xatırladır.

Məkan seçimi və landşaft arxitekturası

Yaradıcı arxitektor memarlığı dərindən anlaması ilə də fərqlənməlidir. İstedadlı rəssam portret yaratmaq üçün insan bədəninin anatomiyasına yaxşı bələd olması ilə seçildiyi kimi, arxitektor da layihəsini verdiyi tikintinin ətraf mühitə yaxşı qaydada uyğun olmasını nəzərə almalıdır. Ona görə də hər bir bina üçün məkan da mühüm əhəmiyyət kəsb edir. Heykəl də məkanın hesabına öz bədii qiymətini təsdiq etməyə müvəffəq olur, çünki onun hansı fonda yerləşməsi heç də sadə məsələ deyildir. Geniş ərazidə təklikdə ucalan bina məkanda yaxşı görünmək üçün düzgün həll yolunun seçilməsinə borcludur. Paytaxtımızda 1990-cı illərdə geniş açıq məkanda tikilmiş uca mərtəbəli otelin pəncərələri kiçik olduğundan, quş yuvası təsəvvürünü yaradır.

Arxitektor, memar öz yaradıcılığı ilə xalqın zövqünü tərbiyə etməyə çalışmalıdır. Ənənəyə sadiqlik heç də onun köləsi olmaq mənasını verməməlidir. Şərq arxitektura elementlərinə seçim qaydasında müraciət edilməlidir, hər binada onu tətbiq etmək mühafizəkarlıq nümunəsi olmaqla, zövqü daşlaşdırmaq istəyindən xəbər verir. Yalnız həqiqi istedadın bəhrəsi olan binalar, məbədlər zamanın mənəvi eroziyasına da məhəl qoymayaraq, öz həqiqi sənət əsəri mənsubluğuna aid edildiyini qoruyub saxlamalıdır. Axı dövrlər dəyişdikcə, zövqlər də düzəlişlərə uğrayır. Arxitektor, dahilərdən ibrət götürərək özünə hakim kəsilən ideyanı ustalıqla reallaşdırmağı bacarmalıdır, primitiv zövqə malik olanların inkarından, tənqidindən qorxmamalıdır. Qorxaq təbiətli, özünə güvənməyən adam arxitektura kimi yeniliyə, novatorluğa can atan sahədə işləməməlidir. Bu həm də o deməkdir ki, üslublar kor-koranə seçilməməlidir, əcnəbi təsirlərin qəbulu musiqidə olan kimi kakafoniyaya gəlib çıxmamalıdır.

Müstəmləkə Anqolasının paytaxtı Luanda şəhərini yenidən salarkən Portuqaliya hakim dairələri Avropa paytaxtlarının məşhur küçələrini burada yaratmaqla, şəhərə gözəllik vermişdilər. Yaxud Amsterdamın bol saydakı kanallarına görə Şimalın Venetsiyası sayılması, heç də onun nüfuzuna xələl gətirmir. XXI əsrdə böyüyən arxitektura, öz incilərindən bəhrələnməklə,  cazibədarlıq xüsusiyyətlərini xeyli artıra bilmişdir. Qız qalasından sonra doğma şəhərimizin ikinci və yeni simvoluna çevrilən Alov qüllələri, Heydər Əliyev memorialı şəhərə əlavə gözəllik vermişdir.

 Parklar, bağlar landşaft arxitekturasına daxil olmaqla, şəhərin mənzərəsinə harmonik xarakter verir. Park arxitekturası İngiltərədə, Fransada və Yaponiyada daha çox inkişaf etmişdir və onlar həmin ölkədəki şəhərlərə gözəllik verməklə yanaşı, sakinlərin istirahətinə şərait yaradır.

Yapon bağı avropalılarınkından tam fərqlidir. Onlar özləri də bağ sənətini Orta əsrlər Çinindən götürmüşdülər. Belə bağın gözəlliyi dörd element hesabına əldə edilir, bunlar su, yerin relyefi, yaşıl bitki və arxitektura qaydasındakı tərtibatdır. Su gölməçəsi oval şəklində olmalıdır. Suyun özü elə şəffaf olmalıdır ki, onda gölməçənin sahili ilə yanaşı, adacıq da aydın əks olunsun. Sahili isə salxım söyüd ağacları bəzəyir. Adacıq isə süni qaydada üst-üstə yığılmış daşlardan ibarət olan tökmə təpəcikdir. Bitkilərə ağaclar daxildir, burada yalnız həmişəyaşıl ağaclar  olmalıdır, ona görə də bağın rəng cazibədarlığı olduqca kasad görünür. Şam ağacının tünd yaşıllığı, sarı rəngə çalan qum, şəffaf su, mamırla örtülmüş boz daşların mənzərəsi bağı harmoniya simvoluna çevirir. Çin bağlarındakı göllərdə çiçək açan lotos gülü suyun səthini örtür. Avropa bağları isə paytaxtımızda da tətbiq edildiyindən, onlar haqqında geniş danışmağa ehtiyac yoxdur.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri