Icma.az
close
up
RU
Arzunuz gözünüzdə qalacaq!

Arzunuz gözünüzdə qalacaq!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənipərəst konqresmenlər “yağlı tikə”dən əl çəkə bilmirlər

Məşhur alman filosofu İmmanuel Kantın sözüdür: İnsanlar vərdiş halını almış hərəkətlərinə görə xəcalət hissi keçirməyi unudurlar. Ortada maddi maraq olanda isə nə beyin praqmatik düşünə bilir, nə də göz ayağın altını görür. Çünki onların şüurunu və bədənlərini pul idarə edir...

Belələri hətta gördükləri işin səmərəsizliyini, fəaliyyətin faydasızlığını dərk etsələr belə köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Necə ki, ABŞ Nümayəndələr Palatasının ermənipərəst konqresmenləri nəticəsini əvvəlcədən bildikəri effektsiz və təxribatçı işlərlə, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurlar.

* * *

Hayastan mediası yazır ki, ABŞ-da yaşayan erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün konqresmenlərlə görüşlərini davam etdirirlər.

Məlumatda qeyd olunur ki, onlar “Dağlıq Qarabağda etnik təmizləmə”yə görə ölkəmizin “beynəlxalq məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniyaya start veriblər. Amerika Erməniləri Milli Komitəsinin (ANKA) nümayəndələri bu kampaniya çərçivəsində konqresmen Tom Kin ilə görüşüblər.

Bu zaman imkanlı amerikalı erməniləri konqresmenləri ələ almaqdan ötrü məqbul və qeyri-məqbul vasitələrdən, o cümlədən yalandan gen-bol yararlanırlar. Fəallar 2023-cü ilin sentyabrında Qarabağdan könüllü köçən ermənilərin sayını şişirdərək, əvvəlki 120 mindən 150 minə çatdırıblar. ANKA-nın “milli təəssübkeşləri” bununla da kifayətlənməyib, konqresmenlərdən Azərbaycanın dövlət rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər.

ARAYIŞ: Maqnitski aktı 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihəsidir. İnsan hüquqlarının pozulmasında günahkar sayılan şəxslərə qarşı tətbiq edilir. Bu sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskinin Moskvadakı təcridxanalarının birində istintaqın gedişi zamanı öldükdən sonra qəbul edilib.

Uzun illər ABŞ-dakı erməni diasporunun pulları ilə yemlənən, qanuna, ədalətə və məsləyinə xəyanət edən bəzi konqresmenlərin bu layihəsi də əvvəlkilər kimi, havadan asılı qalacağı, az sonra isə sabun köpüyünə dönəcəyi şübhəsizdir. Bəli, həmin konqresmenlər haylardan qopardığı pulların qarşılığını ödəməyə məcburdurlar. Axı, erməni diasporu onlara “artsax” mövzusunu gündəmdən çıxarmamağı tapşırıb. Yəqin onları inandırmağa çalışırlar ki, Ermənistandakı mövcud hakimiyyət müvəqqətidir və nə vaxtsa tarixi fürsət yaranacaq və “Dağlıq Qarabağı” yenidən ələ keçirə biləcəklər. Əlbəttə ki, xəstə hay təxəyyülünün məhsulu sayılan bu utopik plan, heç vaxt çin olmayacaq arzudur. Türklərlə bir yerdə yaşamağı mümkünsüz sayan ermənilərin geri qayıdışı, burada təzədən qondarma rejim yaratmaq ideyası məhv olmuş gündəliyin çoxdan çürümüş səhifəsidir. Kaliforniyadan təlimatlar alan haypərəst konqresmenlərin bu yöndə fəaliyyəti, sadəcə, məsələni gündəmdə saxlamaq cəhdindən başqa heç nə deyil. Keçən ilin avqustunda ABŞ Konqresinin qondarma “artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirməsini də unutmamışıq. ABŞ Nümayəndələr Palatasının Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və David Valadao dəfələrlə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıblar. Son beş ildə Konqres anti–Azərbaycan xarakterli bir çox qanun layihələri, qətnamələr qəbul etməyə çalışıb, fəqət heç biri qəbul olunmayıb.

* * *

Oxuculara xatırladaq ki, bir il bundan əvvəl Konqresin erməni lobbisinin pulunun əsirinə çevrilmiş bəzi üzvləri Azərbaycanın dövlət strukturlarının yüksək rütbəli şəxslərinə qarşı qanun layihəsi hazırlamışdılar. O zaman bu məsələyə Bakının sərt reaksiyası ilə üzləşən ABŞ Dövlət Departamenti məsuliyyəti öz boynundan atmağa, ədalətsiz qətnaməni “malalamağa” hesablanmış açıqlama vermişdi. Azərbaycana həmişə soyuq yanaşmış demokratları Ağ evdə respublikaçılar əvəz edəndən sonra ümid edirdik ki, yeni administrasiya qanunverici orqanda erməni lobbisinin qazdığı korrupsiya bataqlığını qurudacaq və dünyanın “demokratiya beşiyi”ndə hüququn aliliyini, xarici siyasətin neytrallığını, idarəetmə sisteminin şəffaflığını təmin edəcək. Amma göründüyü kimi, ABŞ Konqresində dərin yuva salmış ermənipərəst parlamentarilərin Azərbaycana qarşı hikkəsi bitib-tükənmir. ABŞ-ın siyasi, iqtisadi, eləcə də hüquqi sistemində kifayət qədər güclü dayaqlara malik erməni lobbisi tərəfindən on illər ərzində bəslənən, beyinləri “miatsum”la yuyulan bu zatlar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etməsi faktını hələ də həzm etməkdə çətinlik çəkir, Azərbaycana qarşı hər cür təzyiq göstərməkdən qalmırlar. Mövcud vəziyyəti maraqlı edən məqamlardan biri də Donald Tramp Administrasiyasının Cənubi Qafqazla bağlı xarici siyasətini açıqlamaması, konkret mövqe bildirməməsidir. Belə ziddiyyətli durum hayların Konqresdə Azərbaycana qarşı növbəti demarşına zəmin yaradan amillərdəndir. Maraqlıdır ki, ABŞ Konqresi və Fransa Senatında ölkəmizə qarşı hücumlar münaqişədən sonrakı dövrdə – Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması üçün ilkin şərtlər yarananda, Bakı ilə İrəvan arasında vasitəçisiz danışıqlar başlananda gücləndi. Amma indi aydın olur ki, hazırda başı ABŞ və Rusiya ilə münasibətlərini aydınlaşdırmağa qarışan Fransanın, Avropa İttifaqının haypərəst missiyasını ABŞ Konqresi yerinə yetirir. ANKA-nın bu qurumda hərəkətə keçməsinin səbəblərindən biri də budur.

* * *

Bu arada bir qrup konqresmen “erməni soyqırımı” ilə bağlı maarifləndirici proqramın yaradılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu cəfəng layihənin təşəbbüskarı konqresmen Dina Titusdur. Ona həmkarları Qus Bilirakis, David Valadao və Ted Liu də qoşulublar. Ermənistan mediası ABŞ-ın “Hay Dat” Komitəsinə istinadən xəbər verir ki, layihə beş il ərzində tədris materiallarının hazırlanması və yayılması, müəllimlərin təlimi, onlayn resursların yaradılması və müvafiq mövzuların məktəb kurslarına daxil edilməsi üçün 10 milyon dollar ayırmağı planlaşdırır. Dina Titusun sözlərinə görə, onun təşəbbüsü tələbələrə “erməni soyqırımı” haqqında məlumat vermək, onun inkarına qarşı mübarizədə bir addım olmaqla yanaşı, qurbanların xatirəsini ehtiramla yad etmək üçün bir vasitə olacaq. O, layihə ilə bağlı “bu qanunvericilik həqiqətə və ədalətə sadiqliyi, təhsilin dünyanı gələcək nəsillər üçün daha şüurlu və humanist bir məkana çevirmək gücünə malik olduğuna inamı təlqin edir” – deyə bildirib.

ABŞ-ın hay lobbisi tərəfindən fəal şəkildə təbliğ edilən qondarma “erməni soyqırımı” mövzusu mütəmadi olaraq ABŞ Konqresinin gündəliyinə daxil edilir. Xatırladaq ki, layihə ilk dəfə 2022-ci ilin aprelində konqresmenlər Karoline Maloney və Qus Bilirakis tərəfindən təklif edilmiş, amma uğurlu alınmamışdı. Məhz buna görə ardıcıl anti-Azərbaycan mövqeyi, ölkəmizə qarşı gülünc çıxışları və hücumları ilə tanınan Dina Titus bu dəfə təşəbbüsü irəli sürmək missiyasını öz üzərinə götürüb.

Bir il bundan əvvəl – 2024-cü ilin aprelində D.Titus ABŞ Konqresini Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. Bu barədə sosial şəbəkələrdə yazmışdı: “Mən indicə “artsaxda” ermənilərin etnik təmizlənməsi və siyasi müxalifətin vəhşicəsinə repressiya edilməsindən sonra Azərbaycanın 44 rəsmisinə qarşı tədbirlər görmək üçün nəzərdə tutulmuş sanksiyalar haqqında qanun layihəsini təqdim etdim”. Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrini müdafiə edən absurd açıqlamaları Titusun ermənipərəst mövqeyini bir daha təsdiqlədi.

* * *

Aydın məsələdir ki, Vaşinqton özünün xarici siyasətini erməni lobbisinin istəyi ilə qurmur. Ağ ev işini daha geniş planda, aldığı kəşfiyyat məlumatlarının, diplomatik informasiyaların əsasında görür. Dövlət Departamenti ermənilərin istək və arzularından asılı olmayaraq, Cənubi Qafqaz bölgəsində maraqlarının hansı şəkildə təmin olunacağına üstünlük verəcəyini özü qərarlaşdırır.

Hələlik xaricdəki daşnak-separatçı hay toplumu “artsaxı” unutdurmamaq siyasətinə sadiqdir. Fəqət, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı, kommunikasiyaların açılacağı təqdirdə bu adamların “erməni məsələsi” üzərindən maddi və siyasi dividendlər əldə etmək imkanları da sıfırlanacaq. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdikdən, tərəflər arasında diplomatik əlaqələr qurulduqdan sonra, avtomatik olaraq, haypərəst konqresmenlərin xidmətlərinə də ehtiyac qalmayacaq.

İrəvan da hələlik altdan-altdan Bakı və Ankara ilə dialoq qurmaq əvəzinə, revanşist əhval-ruhiyyəni təşviq edir, erməni lobbisi isə Azərbaycanı ləkələyən qətnamələrin qəbuluna can atır. Bunun üçün Qərbin qanunverici orqanlarındakı xəfiyyələrinə böyük vəsaitlər xərclənir. İntəhası, bunun da tükənən məqamı olacaq...

Tofiq ABBASOV,
siyasi şərhçi

– Bu gün aydın olur ki, ermənilərin kütləvi şəkildə Qarabağı tərk etmələri nəyə görə lazım imiş. İrəvan, guya, uzaqgörənlik etməklə erməniləri oradan qovub çıxardı ki, sonra “etnik təmizləmə” vay-şivəni qaldırsın. 1988-1991-ci illərdə azərbaycanlıları tarixi yurdlarından amansızlıqla deportasiya edənlər il yarım bundan əvvəl bu məsələdə “heç-heçə” variantı yaratmaqdan ötrü bu işə qol qoydular. Bunun birinci səbəbi müharibəni uduzmaları idisə, ikinci səbəb vəziyyətdən çıxış yolu kimi bu məsələni gündəmə gətirməyi düşünmüşdülər. İndi hər tərəfdən hay-küy qaldırırlar ki, Qarabağ erməniləri deportasiyanın qurbanı olublar, Azərbaycan vəhşi dövlətdir və sairə. Yəni, özləri törətdikləri cinayətlərin hamısını bizim ayağımıza yazmağa çalışırlar. Digər tərəfdən, bu minvalla dünya birliyini, aparıcı siyasi gücləri öz tərəflərinə çəkmək və Azərbaycan üçün problem yaratmaq məqsədini güdürlər.

Əslində, bu, növbəti uğursuz bir cəhddir. Biz erməniləri Qarabağdan qovmamışıq. Az sayda olsa da, indi orada qalanlar, Azərbaycan vətəndaşlığını qəbul edənlər, hətta son seçkilərdə səs verənlər də var. Kənar güclər artıq yaxşı başa düşürlər ki, düz yerdə Azərbaycan üçün problem yaratmaq hayların köhnə şakəridir. Amma, necə deyərlər, bu həna o hənadan deyil. Çünki münaqişənin ağır yükünü Azərbaycan özü çiynindən atmağı, beynəlxalq hüququ, tarixi ədaləti bərpa etməyi bacardı. İndi ermənilər bütün imkanlarını ona görə səfərbər ediblər ki, biabırçı məğlubiyyətdən sonra özlərinə bəraət qazansınlar. Ermənistan Azərbaycanı belə ucuz üsullarla hədələməklə özünə problem yaratmaqla məşğuldur. Bizim müharibəmiz də, mübarizəmiz də beynəlxalq hüquqa və ədalətə söykənir. Azərbaycan pozulmuş hüququnu bərpa edib və haqqı çatanı alıb. Hər halda amerikalı konqresmenlər o dərəcədə dardüşüncəli və satqın deyillər ki, erməni lobbisinin oyununun qurbanları olsunlar.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see280

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see152

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see148

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see144

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see129

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see128

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see125

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see123

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see121

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see121

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see120

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri