Icma.az
close
up
RU
ASA jurnalistlər arasında həyat sığortası mövzusu üzrə yazı müsabiqəsi elan edir

ASA jurnalistlər arasında həyat sığortası mövzusu üzrə yazı müsabiqəsi elan edir

Icma.az bildirir, Banco.az portalına istinadən.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi (ASA) jurnalistlər arasında növbəti dəfə həyat sığortası mövzusu üzrə yazı müsabiqəsinə start verir.

ASA-dan verilən məlumata görə, “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə elan edilən yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən, IV və V yerləri tutan jurnalistlərə isə qiymətli hədiyyələr təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

• Müsabiqədə 26 may 2025-ci il tarixdən 1 iyul 2025-ci il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edə bilər;

• Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;

• Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;

• Müsabiqədə iştirak edən yazılar üçün işarə limiti 4000-5000 aralığında müəyyən olunub;

• Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail ([email protected]) ünvanına mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;

• Müsabiqə üçün yazılmış yazıda hər hansı bir kommersiya şirkətinin adının çəkilməsi reklam xarakteri daşıdığı üçün yolverilməz hesab olunur;

• Müsabiqədə iştirak edən yazılarda “Kredit həyat sığortası” xidmətinin maliyyə ekosisteminə və istehlak krediti götürən şəxslərin risklərinə münasibətdə təsirləri təhlil edilməlidir;

• Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən, IV və V yerləri tutan jurnalistlərə isə qiymətli hədiyyələr təqdim olunacaqdır;

• Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi prosesi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən təşkil olunmuş xüsusi komissiya tərəfindən həyata keçiriləcək.

Qurumdan bildirilir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının hər il ənənəvi olaraq elan etdiyi bu yazı müsabiqələri ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə, jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri