Aşağı gərginlikli elektrik qurğuları və avadanlıqların təhlükəsizlik tələbləri təsdiqlənəcək
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb.
"Cebheinfo.az" bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, texniki reqlament Azərbaycan Respublikası ərazisində aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının istismarında təhlükəsizlik qaydalarına məcburi tələblərin müəyyən edilməsi və aşağı gərginlikli (1000 V – dək, 1000 V daxil olmaqla) elektrik qurğularının və avadanlıqlarının istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb. Texniki reqlament “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsini və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















