Icma.az
close
up
RU
Asan və dadlı iftar menyusu

Asan və dadlı iftar menyusu

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:

Mantı şorbası

Ərzaqlar:
3-3.5 stəkan un
1 yumurta
1 stəkan su
1 çay qaşığı duz

İçlik üçün:
300 qram qiymə
1 soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Bişirmək üçün:
1 stəkan qaynadılmış noxud
1 orta ölçülü soğan
2 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı bitki yağı
4 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı istiot lopaları

Hazırlanması:
Xəmir üçün sudan başqa bütün ərzaqları bir qaba qoyun. Suyu az-az əlavə edin və yoğurun. Əllərinizə yapışmayan bir xəmir edin. Xəmiri kənara qoyub azca gözlədin. Sonra soğan, ət və duz-istiot qatıbqiyməni hazırlayın. Xəmiri yayın, balaca kəsin, ortasına ətdən qoyub kiçik mantılar düzəldin. Kənarda soğanı doğrayıb yağda qovurun. Sonra sarımsağı doğrayıb əlavə edin. Sonda tomat pastasını tökün. İsti suyu əlavə edin, qaynayanda mantıları qarışdıra-qarışdıra tökün. Süfrəyə verərəkən nanə tökün. 

Toyuqlu "Hünkarbegendi"

Ərzaqlar:
2 ədəd toyuq döşü
1 orta soğan
1 acı bibər
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Püresi üçün:
3 ədəd közdə bişən badımcan
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
3.5 stəkan süd
1 çimdik duz
1 çimdik qara istiot
1 çimdik sürtgəcdən keçirilmiş muskat qozu
7-8 dilim çedar pendiri

Hazırlanması:
Toyuğu kub şəklində doğrayın və suyu buxarlanana qədər qovurun. Sonra yağ, soğan və bibər əlavə edib qovurun. Tomat pastası töküb, üstünü örtəcək qədər su əlavə edin və bişməyə qoyun. Közdə bişən badımcanları soyun və bıçağın arxası ilə əzin. Yağı və unu tavada qovurun. Südü az-az əlavə edin və qatılaşana qədər davamlı qarışdırın. Badımcanları əlavə edin və qarışdırın. Nəhayət, Holand pendirini əlavə edin və qarışdırın. Boşqaba qoyub, üzərinə toyuqlu qarışıqdan tökün.

Portağal deserti

Ərzaqlar:
1 stəkan bitki yağı
1/2 stəkan mannı yarması
1 stəkan portağal suyu
1 ədəd sürtgəcdən keçirilmiş portağal qabığı
1 paket qabartma tozu
1 paket vanil tozu
3 stəkan un

İçlik üçün:
1 stəkan qoz (iri doğranmış)
2 xörək qaşığı toz şəkər
1 çay qaşığı darçın

Şərbət üçün:
2.5 stəkan şəkər tozu
3 stəkan su
2-3 damcı limon suyu

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayın və soyumağa qoyun. Şəkər və suyu bir qazana qoyun. Ara-sıra qarışdıraraq qaynadın. Qaynamağa başladıqdan sonra limonu əlavə edin və daha 5 dəqiqə bişirin. Sonra ocaqdan götürün və soyumağa qoyun. Xəmir üçün undan başqa bütün inqrediyentləri bir qaba tökün. Unu az-az əlavə edərək yoğurmağa başlayın. Əllərinizə yapışmayan yumşaq bir xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə parçaları qoparın və əlinizdə yastılayın. İçlik üçün qoz, darçın və şəkəri bir qabda qarışdırın. Qoz içliyini içinə qoyun, bağlayın və top halına salın. Onları şüşə bişirmə qabına və ya siniyə düzün. Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə təxminən 20 dəqiqə üstü qızarana qədər bişirin. Sonra desert ilıq olanda üzərinə şərbəti tökün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri