Icma.az
close
up
RU
“ASAN Xidmət” təcrübəsi bütün dünyaya yayılır...

“ASAN Xidmət” təcrübəsi bütün dünyaya yayılır...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın milli brendi Seneqalda...

Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin adekvat şəkildə təkmilləşdirilməsini, bu sahədə səmərəliliyin yüksəldilməsini şərtləndirir. Respublikamızda aparılan islahatların mühüm bir qolu məhz institusional sferanı əhatə edir. Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması, xüsusilə vətəndaşlara ictimai xidmətlərin göstərilməsində inklüzivliyin təmin olunması böyük aktuallıq kəsb edir.

Vətəndaşlara şəffaf xidmət nümunəsi

Qeyd edək ki, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Bu kontekstdə, dövlət orqanları tərəfindən əhaliyə bir çox xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Ölkəmizin intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas niyyət insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkil etmək olub. Və qarşıya qoyulan məqsədlərə də nail olunub.

Digər tərəfdən, xüsusi vurğulanmalıdır ki, “ASAN Xidmət” ölkəmizdə ilk analoji platformadır. Bu qurum yaradılanadək Azərbaycanın belə bir təcrübəsi olmayıb. Yarandıqdan sonra isə bu istiqamətdə ciddi nəticələr əldə olunur.

Azərbaycanla Seneqal arasında imzalanmış Memorandum təsdiqlənib

Azərbaycanın milli brendi olan “ASAN Xidmət”in uğurlu fəaliyyətinin nəticəsidir ki, bir çox ölkələr bu təsisata kifayət qədər böyük maraq göstərir. Yeri gəlmişkən, qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu sənəd cari il iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı imzalanıb. Səfər zamanı Seneqalın naziri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşüb. Ü.Mehdiyev  qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib. Həmçinin tərəflər arasında imzalanan əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Seneqallı nazir isə “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Səfər zamanı qonaqlar “ASAN xidmət” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar. Həmçinin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib. Xatırladaq ki, Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Bakıda səfərdə olan Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin  Azərbaycanın “ASAN xidmət” təcrübəsini həyata keçirmək üçün tədbirlər gördüyünü deyib.

Məlumdur ki, artıq bir sıra ölkələr  “ASAN Xidmət” təcrübəsini tətbiq edir. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, İndoneziya, Monteneqro və s. ölkələrlə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bu yaxınlarda isə Efiopiya və Ruanda ilə anoloji sənəd imzalanıb.

Milli brendimiz beynəlxalq sertifikatlara layiq görülüb

Göründüyü kimi, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada tanınır. Buna nümunə kimi bir sıra uğurları xatırlada bilərik. Məsələn, 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bu təşkilat 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub. Perspektivdə isə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri