Icma.az
close
up
RU
“ASAN xidmət”də çalışanların maaşı ilə bağlı yeni QƏRAR

“ASAN xidmət”də çalışanların maaşı ilə bağlı yeni QƏRAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Dövlət Agentliyinin aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 30 %-i miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.

Həmçinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanının işçisinə ayrılacaq vəsaitin bölgüsü “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun bal əsasında həyata keçiriləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə hesablanan mükafat vahid balına düşən məbləğ əsasında müəyyən olunacaq. Müvafiq dövlət orqanının işçisinin vahid balına düşən məbləğin tapılması üçün həmin dövlət orqanının işçilərinə bölünən vəsait bu işçilərin aylıq yekun ballarının cəminə bölünəcək. Daha sonra “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən müvafiq dövlət orqanının işçilərinin aylıq yekun balı onların vahid balına düşən məbləğə vurulmaqla aşağıdakı şərti misala uyğun onların mükafatı hesablanacaq:

işçinin aylıq yekun balı – 76.65;

müvafiq dövlət orqanının işçiləri arasında müvafiq ay üzrə bölünən vəsait – 799.2+2700 (300 manat x 9 işçi) =3499.2 manat;

müvafiq dövlət orqanının işçilərinin aylıq yekun ballarının cəmi – 664.81;

vahid bala düşən məbləğ – 3499.2/664.81 = 5.26 manat;

müvafiq ay üzrə işçiyə hesablanan mükafat – 76.65 * 5.26= 403.44 manat

Məlumat üçün bildirək ki, qərar oktyabrın 2-də qəbul edilib, oktyabrın 13-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 14-dən qüvvəyə minib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:648
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri