Icma.az
close
up
RU
Asayişimizin qoruyucuları

Asayişimizin qoruyucuları

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mürvət ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru
Klement Hart deyirdi: “Bir xalqın polis təşkilatı o xalqın dövlət yaradaraq tarix səhnəsinə çıxması ilə başlayır”. Qədim dövlətçilik ənənəsinə malik olan Azərbaycanın da polis təşkilatının elə o qədər qədim tarixi keçmişi vardır.

Bu il 107 illik şanlı tarixi qeyd edən Azərbaycan polisi uzun, keşməkeşli, uğurlu, müvəffəqiyyətli bir yol keçmişdir. Türk dövlətçilik ənənələrinin davamı olaraq Azərbaycanda qurulan dövlətlərin tarixində daxili asayişin qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsində, qanunların yerinə yetirilməsinə nəzarət üçün polis təşkilatının müstəsna rolu vardır.
Azərbaycanda bu vəzifəni fədakarlıqla yerinə yetirən Daxili İşlər Nazirliyinin əməkdaşları 2 iyul – Polis Günü münasibətilə hər il xüsusi diqqət və ehtiramla qeyd olunurlar. Bu əlamətdar gün, dövlətin gücünü, xalqın rifahını qoruyan polis əməkdaşlarının fədakar fəaliyyətini təqdir etmək baxımından mühüm önəm daşıyır.
Bu günkü adını Antik yunan qaynaqlarında qeyd edilən “polisi” sözündən götürmüş polis təşkilatı antik dövrdə dövlət mənasında işlənmişdir. Dövlət yarandıqdan sonra ölkədə asayişi təmin etmək, qanunların icrasını həyata keçirmək, hökümdarın fərmanlarının icrasına nəzarət etmək, qayda-qanunu yaratmaq məqsədi ilə polis təşkilatının yaranması zəruri idi. Bu sözün ilk mənası mənbələrdə şəhər keşikçisi və ya dövlət keşikçisi olaraq qeyd edilir. Belə olduqda əminliklə deyə bilərik ki, hələ e.ə. IV minillikdə Nil çayı sahilində yaranan erkən dövlətlərin (nom) meydana gəlməsi ilə polis təşkilatı da müxtəlif adlarla ortalığa çıxmışdır. Dövlət və polis anlayışlarının qədim zamanlarda eyniləşdirilməsi polisin nə qədər əhəmiyyətli bir peşə olduğunu bizə sübut edir.
Tarixi qaynaqlardan türk dövlətçilik anlayışında da polisin təşkilatının müxtəlif adlarla mövcud olduğunu görə bilirik. Polis təşkilatının ilkin nümunələrini Hun dövlətində görmək mümkündür. Böyük Hun dövləti Mete xanın rəhbərliyi ilə hərbi təşkilatlanmasını qısa müddətdə başa vurdu. Bu hərbi təşkilatlar həm ölkəni daxili həm də xarici təhlükələrdən qoruyurdu. Amma Mete xan böyük bir strateq idi. O, başa düşürdü ki, bu məsələdə daxili və xarici asayişin qorunması ayrı-ayrılıqda diqqətdə saxlanılmalıdır. Buna görə də ordu mənsubları arasından ümumi rəhbəri subaşı olan yasavullar təyin edərək onlara daxili asayişi qorumağı tapşırdı. Amma bu təşkilatın tam adının nə olduğu və hansı işləri yerinə yetirməsi haqqında geniş məlumatlar yoxdur. Türk dövlətlərində polis təşkilatının tarixdə adının ilk çəkildiyi dövlət Göytürk dövlətidir. Belə ki, Bumın xaqan 552-ci ildə Böri təşkilatı adlı şəhərlərdə və ölkənin digər yerlərində asayişi təmin etmək üçün qurum yaratdı. Bu təşkilatın Böri yəni qurd adlanması da təsadüf ola bilməzdi. Belə ki, Türklər öz atalarının qurd soyuna mənsub olduğunu daima anmaq üçün bu təşkilata da eyni adı vermişdilər. Təşkilat uzun müddət bir-birinin ardınca qədim Türküstanda qurulan dövlətlərdə də mövcud olmuşdur. Bu coğrafiyada qurulan sonuncu ən böyük türk dövləti olan Uyğur dövlətinə aid yazılı qaynaqlarda isə ilk Daxili İşlər Nazirinin adını görə bilərik. Böyük Uyğur xaqanı Moyon Çura aid yazılı qaynaqlarda qeyd edilən İnancu Baqa türk tarixinin ilk Daxili İşlər Naziridir.
İslamı qəbul etdikdən sonra türk dövlətlərində həm subaşı həm də şahnə adlandırılan polis təşkilatı mövcud olmuşdur. Bundan əlavə amid adlanan daxili nazərət-təftiş rəhbəri də polis funksiyalarının bəzisini həyata keçirirdi.
Azərbaycan tarixi qaynaqlarında isə qədim dövr Manna, Atropatena və Albaniya dövrlərinə aid polis təşkilatının adı ilə bağlı bir məlumat mövcud olmasa da əminliklə deyə bilərik ki, bu müstəqil dövlətlərimizin ayrıca polis təşkilatı olması dəqiq idi. Xüsusilə orta əsrlər dövründə Azərbaycanda mövcud olan dövlətlərin dövlət təşkilatları içində bu təşkilat əhəmiyyətli dərəcədə seçilmiş və hökümdarlar tərəfindən də ciddi şəkildə diqqətdə saxlanılmışdır. Xüsusilə Səlcuq dövləti dövründə və onun davamı olan və bütün Azərbaycanı öz hakimiyyəti altına ala bilən Atabəylər dövründə də polis təşkilatını şəhnə və daha sonralar isə amid deyə adlandırmışdılar. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərində qaravul, darğa, qaziyi-əsgər adları ilə polis təşkilatı bir neçə formada qarşımıza çıxır. Səfəvilər dövlətində isə bu təşkilatın nümayəndələri yasavul adlandırılırdı. Bu dövrdə yasavullar və eşik ağaları ümumi bir sistem təşkil edərək qayda və qanunların qorunmasında əhəmiyyətli rol oynayırdılar.
Bəs bu günkü polis təşkilatımızın yaranması tarixi? Bu suala cavab vermək üçün əslində 1918-ci ilə tarixi səyahət etmək lazımdır. 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqı 150 ilə yaxın davam edən Çar Rusiyası müstəmləkə rejimindən azad olaraq müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını dünyaya elan etdi. Təbii ki, yaranmış bu yeni dövlət ölkədə qanunların tətbiqi və asayişin qorunması üçün Daxili İşlər Nazirliyini yaratdı. İlk Daxili İşlər Naziri Fətəli xan Xoyski təyin edildi. Amma qısa müddət sonra bu vəzifəyə Behbud xan Cavanşir gətirildi. Bunu da qeyd edək ki, AXC-nin ilk aylarında ayrıca polis əməkdaşları yox idi və əsasən bu funksiyanı dövlət ordu mənsubları vasitəsi ilə həyata keçirirdi. Buna görə də Milli Hökumət Gəncəyə köçdükdən sonra 23 iyun tarixində yerli inzibati orqanların əsasında polis təşkilatının yenidən qurulmasına başladı. Bununla bağlı 2 iyul tarixində verilən qərar müstəsna əhəmiyyət kəsb edir ki, bu qərarla polis təşkilatının yaranması tam rəsmiləşmişdi. Yaranmış yeni təşkilat ölkənin həyatında xüsusi rola malik idi. Belə ki, keşməkeşli bir dövrdə yeni yaranmış dövlətin polis orqanları əhalinin təşkil edilməsində, mərkəzi idarəetmənin təşkilində xüsusi rola malik idi. DİN-nin ilk dövrlərdə fəaliyyəti çox çətin və olduqca uğurlu bir proses kimi tarixə düşmüşdür. Xüsusən ölkədə sabitliyin təmin olunmasında bu təşkilat uğurlu yol keçmişdi.
Lakin DİN-nin fəaliyyəti elə AXC-nin mövcudluğu dövrü ilə eyniyyət təşkil etdi. 1918-ci ilin 28 aprelində yaranmış Azərbaycan SSR hökuməti polis sistemini ləğv edərək Sovet modelli yeni milis təşkilatı və Daxili İşlər Kommissarlığı yaratmış oldu. İlk Daxili İşlər Komissarı isə Həmid Sultanov təyin edilmişdir.
AXC-nin süqutundan sonra SSRİ tərkibində olan Azərbaycan milisi bu cəmiyyətin yaşadığı bütün problеmlərin həllində, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, хüsusən, faşist Almaniyasına qarşı qanlı müharibədə misilsiz fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Ümumilli lidеr Hеydər Əliyеvin Azərbaycana birinci rəhbərliyi dövründə, 1969 - 82-ci illərdə rеsrublikanın daхili işlər orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində olsa da, milli mеntalitеtimizə uygun formalaşdırılırdı. Ulu Öndər rеsrublikanın iqtisadi bazasını yaratdığı kimi, bütün institutlarının, o cümlədən daхili işlər orqanlarının milli kadr potеnsialının formalaşdırılmasının qayğısına qalırdı.
1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çoх böyük çətinliklərlə üzləşmişdi. Ölkə daхilində hakimiyyət mübarizəsi ilə alovlanan хaos və anarхiya rеsrublikanı vətəndaş müharibəsinə sürükləyirdi. Həmin dövrdə bütün bu çətinliklərin əsas yükü məhz Ulu Öndər Hеydər Əliyеvin birinci rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşürdü. Bu dövrü xarakterizə edən Ulu Öndər qeyd edirdi ki, “Azərbaycan polisi şanlı bir tariх kеçibdir. Хüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Еyni zamanda, 67 nəfər rolis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə dəvət olunan Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi bərpa etdi və bu işdə onun ən etibar etdiyi orqanlardan biri də Daxili İşlər Nazirliyi orqanları idi. Məhz Heydər Əliyevin rəhbərliyi və şəхsi nəzarəti altında görülən tədbirlər sayəsində əllərdə olan on minlərlə qanunsuz odlu silah və sursat yığıldı, qanunsuz silahlı birləşmələr ləğv edildi, hakimiyyət orqanlarına meydan oxuyan yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət təmayüllər müşahidə olunmağa başladı. Daxili işlər orqanları müstəqil dövlətin qurulmasının və sosial rifahın vacib şərti olan ictimai-siyasi sabitliyin təminatçılarından birinə çevrildi, dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə xidmət etmək olan və Heydər Əliyev məktəbini keçmiş peşəkar hüquq mühafizə orqanı kimi formalaşdı.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan polisi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan polisinin göstərdiyi xidmət, onların yalnız asayişin deyil, həm də torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəyə verdiyi töhfə xalqımızın qürur mənbəyinə çevrildi.
Prezident İlham Əliyev vurğulayır:
“Güclü dövlətin təməli güclü təhlükəsizlik sistemidir. Azərbaycan polisi bu sistemin ayrılmaz hissəsidir.” Bu yüksək siyasi iradə və ardıcıl islahatlar nəticəsində daxili işlər orqanları təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da peşəkar fəaliyyət nümunəsi kimi tanınmaqdadır.
Azərbaycan polisi bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da etibarlı tərəfdaş kimi tanınır. Onun fədakar əməkdaşları istər pandemiya dövründə, istərsə də təbii fəlakətlər zamanı xalqın yanında olmuş, təhlükənin qarşısında ilk dayananlar sırasında olmuşlar. 2 İyul – Polis Günü isə bütün bu xidmətlərin təqdir olunması, ölkənin təhlükəsizliyi uğrunda çalışanlara hörmətin ifadəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir dövlət idarəetmə sistemi çərçivəsində Azərbaycan polisi bu gün qüdrətli, peşəkar və xalqına bağlı bir qurum kimi fəaliyyətini davam etdirir.
Bu şərəfli və vacib peşə fəaliyyətində dəyərli polislərimizə daim uğurlar arzu edirik.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see197

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see118

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see116

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see112

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see112

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111

Yumurtaları qaynadıqdan sonra soyuq suya atmamalısınız: Hər kəs bunu səhv edirmiş

05 İyul 2025 22:59see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri