AŞF də dünya çempionu Zəhra Allahverdi ilə görüş olub
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycan Şahmat Federasiyasında 14 yaşadək qızlar arasında dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib.
İdman.Biz bildirir ki, İtaliyada karyerasının ən böyük uğuruna imza atan şahmatçını təbrik edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Zəhranın əzmkar mübarizəsini yüksək qiymətləndirib. AŞF rəhbəri bundan sonra da Zəhra Allahverdinin şahmatçı kimi inkişafı üçün lazımi köməkliyin göstəriləcəyini bildirib.
Sonda AŞF rəhbəri Mahir Məmmədov müasir dövrdə şahmatı texnologiyasız təsəvvür etmək mümkün olmadığını söyləyərək növbəti yarışlara daha yaxşı hazırlaşmaq üçün dünya çempionuna son model kompüter hədiyyə edib.
Görüşdə AŞF-nin vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, şahmatçının məşqçisi Hafiz Kərimov, məşqçi Fərid Abbasov eləcə də şahmatçının valideynləri iştirak edib.
Qeyd edək ki, iyunda İtaliyanın Montesilvano şəhərində 14 yaşadək qızlar arasında yarışda Zəhra Allahverdi 9 xalla dünya çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















